İrəvandan Pezeşkiana zəng edəcək
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla bu gün ərzində telefon danışığı aparacağını bildirib.
Modern.az xəbər verir ki, Makron bu barədə İrəvanda keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Yaxın vaxtlarda İran Prezidenti ilə danışacağam. Söhbətin əsas mövzularından biri Hörmüz boğazında vəziyyət olacaq", – deyə Makron bildirib.
O, Fransanın uzun müddətdir Hörmüz boğazında “naviqasiya azadlığının bərpasını” dəstəklədiyini vurğulayıb.
Makron əlavə edib ki, Fransa Böyük Britaniya ilə birlikdə beynəlxalq müdafiə dəniz koalisiyasının yaradılması istiqamətində təşəbbüslər irəli sürür. Məqsəd Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Hörmüz boğazı qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji su yoludur.
Baxış sayı:102
Bu xəbər 05 May 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















