Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü beynəlxalq ictimaiyyətin, xüsusilə də Hindistan mediasının diqqət mərkəzində olub.
Bu ölkənin nüfuzlu “india.com” portalında dərc edilən məqalədə regiondakı strateji dəyişikliklər və yeni ittifaqlar mövzusunun geniş təhlili maraqla qarşılanıb.
Məqalədə vurğulanır ki, hazırda Hindistan, İran və Ermənistan arasında əməkdaşlığın dərinləşməsi üçün əlverişli şərait yaranıb.
Xüsusilə, Hindistanın Zəngəzur dəhlizi məsələsində Ermənistanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropaya qurudan çıxışını məhdudlaşdırmaq və Türkiyə-Azərbaycan-Pakistan üçbucağına zərbə vurmaq məqsədi daşıya bilər.
Bu kontekst, Cənubi Qafqazda yeni geosiyasi oyunların formalaşması kimi dəyərləndirilir.
Hindistanın Ermənistanla yaxınlaşması və Zəngəzur dəhlizinə qarşı sərt mövqeyi regional güc balansına necə təsir edə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, ümumilikdə, Hindistanın Cənubi Qafqaz regionuna təsir imkanları çox məhduddur: “Hindistan müstəqil dövlət kimi tarixən gənc sayılır.