Icma.az
close
up
RU
İrəvanın dostu Laçına işarə etdi, Bakıya qarşı plan yayımlandı Yeni savaş

İrəvanın dostu Laçına işarə etdi, Bakıya qarşı plan yayımlandı Yeni savaş

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşü beynəlxalq ictimaiyyətin, xüsusilə də Hindistan mediasının diqqət mərkəzində olub.

Bu ölkənin nüfuzlu “india.com” portalında dərc edilən məqalədə regiondakı strateji dəyişikliklər və yeni ittifaqlar mövzusunun geniş təhlili maraqla qarşılanıb. Məqalədə vurğulanır ki, hazırda Hindistan, İran və Ermənistan arasında əməkdaşlığın dərinləşməsi üçün əlverişli şərait yaranıb. Xüsusilə, Hindistanın Zəngəzur dəhlizi məsələsində Ermənistanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropaya qurudan çıxışını məhdudlaşdırmaq və Türkiyə-Azərbaycan-Pakistan üçbucağına zərbə vurmaq məqsədi daşıya bilər. Bu kontekst, Cənubi Qafqazda yeni geosiyasi oyunların formalaşması kimi dəyərləndirilir.

Hindistanın Ermənistanla yaxınlaşması və Zəngəzur dəhlizinə qarşı sərt mövqeyi regional güc balansına necə təsir edə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, ümumilikdə, Hindistanın Cənubi Qafqaz regionuna təsir imkanları çox məhduddur:

“Hindistan müstəqil dövlət kimi tarixən gənc sayılır. Bu ölkə milli birliyini, dövlət suverenliyini İkinci Dünya müharibəsindən sonra əldə edib. Keçmişə nəzərə saldıqda görürük ki, müxtəlif feodal dövlətlərin və imperiyaların müstəmləkəsi olub.


Əhəd Məmmədli

Hindistanın müasir siyasi-sosial strukturunun formalaşmasında ABŞ, İsrail və digər Qərb ölkələri mühüm rol oynayıblar. Dehli hökuməti bu gün İrəvan, Təl-Əviv və Vaşinqtonla yaxın əməkdaşlıq əlaqələri yaradır. Ermənistan və İsrail kimi ölkələrlə regional baxımdan bir növ qarşılıqlı strateji müttəfiqlik sistemi formalaşdırır. Bu sistemdə Cənubi Qafqazda Ermənistan, Yaxın Şərqdə İsrail, Cənubi Asiyada isə Hindistan mərkəzi yerlərdən birini tutur. Sözügedən ittifaq planlı və məqsədyönlü şəkildə qurulub.

Bütün bu əlaqələrə baxmayaraq, Hindistanın regiona təsir gücü hələlik zəifdir. Doğrudur, Ermənistanla əməkdaşlığı var, amma Türkiyə-Azərbaycan-Pakistan üçlüyünün regional təsiri daha güclüder və effektiv işləyir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri