Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Yaş və əməkhaqqı arasında asılılıq ilə əlaqədar müxtəlif hallar müşahidə olunur.
Dövlət sektorunda tarif cədvəlinə uyğun olaraq əsasən büdcədən maliyyələşən təşkilatların əməkhaqqısı müəyyən edilir, bu zaman yaş önəmli olmur.
Həmin insana münasibətdə yaşından asılı olmayaraq tutduğu vəzifəsinə, dərəcəsinə uyğun əməkhaqqının məbləği müəyyən edilir.
Burada müvafiq istiqamətdə tendensiya müəyyən mənada publik hüquqi şəxlərdə müşahidə oluna bilər.
Hansı ki, onlar bir sıra hallarda əməkhaqqı məbləğini təcrübə və məhsuldar əsaslı qiymətləndirmələrə uyğun aparırlar.
Belə olduğu halda bəzən daha çox təcrübəli və sahəsi üzrə peşəkar olan şəxslərin əməkhaqqısı gənclərə nisbətən yüksək olur”.
Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov SİA- ya açıqlamasında bildirib.