İşçi Qrupların rəhbərlərindən Türk dövlətlərinin Kipr qərarına REAKSİYA | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfinə səfir təyin etməsi birmənalı qarşılanmayıb.
Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib.
Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib.
Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib. Türkiyə tərəfi hələlik məsələyə rəsmi münasibət bildirməyib.
Qeyd edək ki, Şimali Kiprin müstəqilliyini tanıyan yeganə ölkə Türkiyədir.
Ekspertlər Mərkəzi Asiyanın 3 ölkəsinin Kiprlə bağlı qərarının Avropa İttifaqının yardımı ilə əlaqələndirir.
Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə 12 milyard avroluq yardım vəd edib.
Tam oxu
Xəbəri oxu