Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

İşçi Qrupların rəhbərlərindən Türk dövlətlərinin Kipr qərarına REAKSİYA

İşçi Qrupların rəhbərlərindən Türk dövlətlərinin Kipr qərarına REAKSİYA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfinə səfir təyin etməsi birmənalı qarşılanmayıb. Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.

Türkiyə tərəfi hələlik məsələyə rəsmi münasibət bildirməyib. Qeyd edək ki, Şimali Kiprin müstəqilliyini tanıyan yeganə ölkə Türkiyədir.

Ekspertlər Mərkəzi Asiyanın 3 ölkəsinin Kiprlə bağlı qərarının Avropa İttifaqının yardımı ilə əlaqələndirir. Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinə 12 milyard avroluq yardım vəd edib.

Türk dövlətlərinin Kipr qərarı Azərbaycanda da reaksiyalara səbəb olub.

Prezident İlham Əliyev isə ADA Universitetində keçirilən konfrans zamanı Şimali Kiprə dəstək ifadə edib. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Modern.az-a açıqlamasında Azərbaycan-Türkmənistan Parlamentlərarası İşçi Qrupunun sədri Tənzilə Rüstəmxanlı qərarı Türk dünyasını vurulan "böyük zərbə" kimi qiymətləndirib.

"Türkmənistan bu məsələlərdə hər zaman çox uzaqda durur.  Bu ölkə Türk dünyası, Türk Dövlətləri Təşkilatının toplantılarına məsafəlidir, soyuq münasibəti var. Mən bununla bağlı yazı yazdım, etirazımı bildirdim.  Türkmənistan hər zamankı ampluasında, yəni soyuq münasibətdə idi. Amma Özbəkistan və Qazaxıstan türk dünyasının içərisində olan, Azərbaycan və Türkiyə ilə gözəl münasibətləri olan ölkələrdir. Türkiyə və Azərbaycanın mövqeyini bildikləri halda bu cür addım atmaqları, əlbəttə, türk dünyasına vurulmuş böyük zərbədir. Sadəcə Türkmənistanın yox, Çingiz Aytmatov kimi milli düşüncə adamını, Oljas Süleymanov kimi yazarı yetişdirən bir millətin aydınlarının susmağı məni narahat etdi və mən onlara “niyə susursunuz, niyə ictimai rəy formalaşdırmadınız” deyə müraciət etmişəm. Həqiqətən mi, Aytmatovun, Oljas Süleymanovun davamçıları yoxdur ki, ictimai rəy formalaşdırıb, reaksiya göstərsin? Bu nə qərardır? Yaxşı Avropa Birliyində Yunan Kiprini tanıyırsınız, onda elə Şimali Kipri də tanıyın. Axı bizim üçün ən önəmli olan Türk dövlətidir. Ona münasibətdə bu qədər xəyanətkar yol tuta bilməzsiniz. Yeni-yeni Özbəkistan və Qazaxıstanla ciddi münasibətlər qurulurdu. Bundan sonra, özəlliklə də, Türkmənistanla ciddi münasibətlər qurulmalıdır. Mənim, yəqin ki, parlamentlərarası dostluq qrupunun sədri kimi onlara müraciətim olacaq".

T.Rüstəmxanlı Azərbaycanın Şimali Kiprdə təmsilçilik aça biləcəyini qeyd edib:

"Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini hələki tanımır. Amma birmənalı orada təmsilçilik aça bilir. Buna mane ola biləcək heç nə yoxdur. Bu,əlbəttə,ölkə başçısının qərarından və iradəsindən asılıdır. Azərbaycan dövləti yetərincə Şimali Kipr Türk Cümhuriyyətinin arxasında durdu. Cənab Prezidentin açıqlamasını hamımız gördük. Biz sonuna qədər onların yanındayıq. Bir tək Türkiyə bu məsələdə belə aydın və ürəkli mövqe ortaya qoyar. Azərbaycan qardaşlığın və bir millət olmağın vəzifələrini həyata keçirir".

Azərbaycan-Özbəkistan Parlamentlərarası İşçi Qrupunun sədri Eldar İbrahimov isə bu məsələ ilə bağlı hər hansı fikir bildirməyin indiki halda düzgün olmadığını söyləyib: "Nəsə fikir bildirmək üçün tezdir. Ortalığı durulmağını gözləmək daha doğru olar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri