Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İşğaldan azad edilən ərazilərdə ermənilər tərəfdən yerləşdirilən minalar çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir" - DEPUTAT Müharibənin bitməsindən 4 ildən vaxt keçsə də Ermənistan hələ də minalanmış ərazilərin düzgün xəritəsini təqdim etməkdən boyun qaçırır.
Bu da təbii ki, soydaşlarımızın öz doğma yurdlarına qayıtmasını gecikdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir.
Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur.
Ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: "2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub.
Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir: "Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxlərin sağ qalmaq ehtimalı olmasın.
Minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir.