Icma.az
close
up
RU
İşğaldan azad edilən ərazilərdə ermənilər tərəfdən yerləşdirilən minalar çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir DEPUTAT

İşğaldan azad edilən ərazilərdə ermənilər tərəfdən yerləşdirilən minalar çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir DEPUTAT

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İşğaldan azad edilən ərazilərdə ermənilər tərəfdən yerləşdirilən minalar çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir" - DEPUTAT

Müharibənin bitməsindən 4 ildən vaxt keçsə də Ermənistan hələ də minalanmış ərazilərin düzgün xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu da təbii ki, soydaşlarımızın öz doğma yurdlarına qayıtmasını gecikdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir. Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur. Ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: "2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub. Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir:

"Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxlərin sağ qalmaq ehtimalı olmasın. Minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir.

Burada Ermənistanın hərbi-cinayətkar ünsürləri iki məqsəd güdüblər. Bunlardan birincisi, minaların daha həssas olması və cüzi toxunuşla nəinki toxunan subyektə, daha geniş ərazidəki canlı qüvvəyə, mülki şəxslərə və texnikaya ziyan vurması və piyadalar əleyhinə minalardan istifadə edilməsinin ört-basdır edilməsi. Məlumdir ki, piyadalar əleyhinə minaların partlayından sonra partlayış qüvvəsi altdakı tank əleyhinə minaları işə salır və partlayışdan sonra piyadalar əleyhinə minalardan istifadə edildiyini sübuta yetirmək çətin olur.

Qeyd edim ki, Ermənistan piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyaya (Ottava müqaviləsi) qoşulmasa da, sözügedən sənədin müddəalarının istisnasız olaraq bütün ölkələr tərəfindən yerinə yetirilməsi zəruridir. Ermənistan həm də bu baxımdan, yəni Piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın yurisdiksiyası altına düşməmək üçün piyadalar əleyhinə minlalarla tank əleyhinə minaların kombinasiyasını yaradaraq tətbiq edib ki, bu da sözügedən ölkənin əsas məqsədinin azərbaycanlıları məhv etmək, soyqırımına məruz qoymaqdan ibarət olduğunu sübuta yetirir".

Deputat vurğulayıb ki, bir qayda olaraq, nizami ordular bu tip "sürpriz-minalar"dan istifadə etmirlər:

"Belə minalardan adətən diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Buna nümunə olaraq, vaxtilə İŞİD terror təşkilatının nəzarətə keçirdiyi ərazilərdə tətbiq etdiyi mina "kombinasiyalarını" xatırlatmaq yetərlidir.

Xatırırladım ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə "mahir" olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.
SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib.

44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artması idi. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmırdı. Amma minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan hələ də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur".

Deputat söyləyib ki, Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiqliyi, bu ölkənin məqsədinin Azərbaycanın daha çox dinc sakinini öldürməkdən ibarət olduğunu sübuta yetirir:

"Minaların xaotik şəkildə basdırıldığı barədə nəzəriyyələr isə boşboğazlıqdan və məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Çünki ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərinin təbii sərvətlərini istismar edib, əkin sahələrindən, otlaqlardan yararlanıblar. Bu isə o deməkdir ki, Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var və bu terrorçu ölkə məqsədyönlü şəkildə dəqiqliyi 25% təşkil edən xəritələri Azərbaycana təhvil verir ki, daha çox insanın ölümünə zəmin yaransın, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri mümkün qədər ləngisin, azərbaycanlılar öz doğma yurdların tez bir zamanda qayıda bilməsinlər.

Bu, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən terrordur. Ermənilərin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaratdıqları QNÇAK və Daşnaksutyun kimi terroru mübarizə üçün əsas vasitə seçən təşkilatların, onların davamçıları olan Njde, Dro kimi faşistlərin, ASALA və digər erməni terror təşkilatlarının vəşhi terrorçu "ideologiyası" müasir Ermənsitanın siyasətinin təməlini təşkil edir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Dekabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri