Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına “Böyük Qayıdış” təkcə dövlət proqramı deyil, eyni zamanda, xalqın mənəvi dirçəlişi və tarixi ədalətin bərpasıdır".Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Mahir Süleymanlı bildirib.
Qeyd edib ki, iğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.
Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, mərhələli şəkildə doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yeni bir həyatın qurucuları olaraq regionun inkişafında önəmli rol oynayırlar.
Bu insanlar təkcə yeni həyat qurmaqla kifayətlənmir, həm də bölgənin dirçəlişinə töhfə verirlər.2024-cü ilin dekabrında Qaradağ rayonundan yola düşən növbəti köç karvanı, yenidən qurulan Şuşa şəhərinə daha 48 ailəni - 164 nəfəri gətirdi.
Şuşaya ayaq basan hər bir şəxs üçün bu, sadəcə bir köç deyil, həyatlarının ən duyğulu və möhtəşəm anlarından biridir.
Onların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmaları, şəhidlərimizin müqəddəs xatirəsinə göstərdikləri yüksək ehtiram və bu qayğının təməlində dayanan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürləri ilə ifadə olunurdu.Bununla yanaşı, dekabrın 2-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Bu mərhələdə şəhərə köçürülən 129 nəfərdən ibarət 34 ailəyə mənzillərin açarları təqdim edilib.