Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı həyatın təmin edilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir

İşğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı həyatın təmin edilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına “Böyük Qayıdış” təkcə dövlət proqramı deyil, eyni zamanda, xalqın mənəvi dirçəlişi və tarixi ədalətin bərpasıdır".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Mahir Süleymanlı bildirib. Qeyd edib ki, iğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, mərhələli şəkildə doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər yeni bir həyatın qurucuları olaraq regionun inkişafında önəmli rol oynayırlar. Bu insanlar təkcə yeni həyat qurmaqla kifayətlənmir, həm də bölgənin dirçəlişinə töhfə verirlər.
2024-cü ilin dekabrında Qaradağ rayonundan yola düşən növbəti köç karvanı, yenidən qurulan Şuşa şəhərinə daha 48 ailəni - 164 nəfəri gətirdi. Şuşaya ayaq basan hər bir şəxs üçün bu, sadəcə bir köç deyil, həyatlarının ən duyğulu və möhtəşəm anlarından biridir.
Onların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmaları, şəhidlərimizin müqəddəs xatirəsinə göstərdikləri yüksək ehtiram və bu qayğının təməlində dayanan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürləri ilə ifadə olunurdu.
Bununla yanaşı, dekabrın 2-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçürülən 129 nəfərdən ibarət 34 ailəyə mənzillərin açarları təqdim edilib. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Millət vəkili vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzur regionlarında 30 minə yaxın insan yaşayır. Onlar arasında məcburi köçkünlər, dövlət qurumlarının yerli bölmələrində çalışanlar, səhiyyə, təhsil, mədəniyyət, turizm və sənaye müəssisələrinin əməkdaşları var.
İşğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı həyatın təmin edilməsi Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir. Bu məqsədlə təsdiq edilmiş "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində genişmiqyaslı layihələr həyata keçirilir.
Proqramın əsas hədəflərindən biri minalardan təmizləmə əməliyyatlarının uğurla tamamlanmasıdır. 2026-cı ilin sonunadək ümumilikdə 280 min hektar ərazinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, yaşayış üçün müasir infrastruktura malik olan 34,500 mənzil və fərdi yaşayış evi inşa ediləcəkdir.
Sözsüz ki, təhsil sahəsi də diqqət mərkəzindədir. 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi, 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsi tikiləcək və ya bərpa ediləcək.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın yenidən qurulması məqsədilə sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlər yaradılacaq və məşğulluğun artırılması üçün addımlar atılacaqdır. Qayıdan əhalinin dayanıqlı məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi də Proqramın əsas istiqamətlərindən biridir.
Rahat əlaqələrin təmin edilməsi üçün 26 avtomobil yolu layihəsi 2026-cı ilin sonunadək başa çatdırılacaq. Bu layihələr bölgələrin iqtisadi və sosial inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.
Böyük Qayıdış təkcə dağıdılmış ərazilərin deyil, həm də xalqın mənəvi dəyərlərinin və milli birliyinin dirçəldilməsi məqsədini daşıyır. Bu tarixi sənəd, Azərbaycanın gələcəyini təmin edən strateji bir addım olaraq tarixə yazılacaq.
Azərbaycanın bu səyləri ölkənin inkişaf potensialını nümayiş etdirir və işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən bərqərar olması üçün möhkəm zəmin yaradır.
Müasir texnologiyalarla təchiz olunmuş "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları, Zəngilanın Ağalı kəndi bunun ən bariz nümunəsidir.
Görülən işlər sadəcə ərazilərin bərpası deyil, həm də müasir Azərbaycanı dünya səhnəsində daha güclü göstərən nümunələrdir.
Bu bölgədə kənd təsərrüfatı, sənaye və turizmin inkişafı ilə yanaşı, sosial rifahın artırılması əsas prioritetlərdəndir. Yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatın, mədəniyyətin və turizmin mərkəzlərindən birinə çevriləcək.
M.Süleymanlı bildirib ki, doğma torpaqlarına qayıdan insanlar hər gün Azərbaycan dövlətinin qüdrətini, şəfqətini və yenidənqurma işlərinin yaratdığı ümid dolu gələcəyi hiss edirlər. Böyük Qayıdış təkcə fiziki məkanlara dönüş deyil, həm də xalqın milli ruhunun dirçəlişi, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın əbədi simvoludur. Dağıdılmış yurdların bərpası, bu torpaqlara həyatın yenidən qayıdışı, həm də gələcək nəsillərin firavanlığını təmin edən tarixi bir missiyadır. Bu möhtəşəm dönüş, Azərbaycanın müstəqil inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi əbədiləşəcək və xalqımızın əzmkarlığının misilsiz nümunəsi olacaq.(modern.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri