“İşğalla barışmayın” çağırışı konkret bir ölkəyə deyil, prinsipə yönəlik çağırışdır Elçin …
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Xankəndi şəhərində keçirilmiş III Şuşa Qlobal Media Forumunun əsas mövzusu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olsa da, müzakirələrin əhəmiyyətli hissəsi daha çox siyasi və strateji mahiyyət daşıyırdı.
Prezident İlham Əliyevin Ukraynalı jurnalistin sualına verdiyi cavab isə, əslində, təkcə Ukraynaya deyil, işğal faktoru ilə üzləşən bütün ölkələrə ünvanlanmışdı: “İşğalla barışmayın!” Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mİrzəbəyli bildirib.
O, həmçinin bildirib: “Prezident İlham Əliyevin “işğalla barışmayın” çağırışı konkret bir ölkəyə deyil, prinsipə yönəlik çağırışdır.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq hüquqa əsaslanan mübarizəsində qələbə qazanmış bir dövlət kimi öz təcrübəsini bölüşmək və təşviq etmək hüququna malikdir.
Bu mesaj, şübhəsiz ki, Ukrayna, Moldova, Gürcüstan kimi ərazi bütövlüyü problemi yaşayan ölkələr üçün motivasiya xarakteri daşıyır.
Burada vacib olan məqam çağırışın selektiv yox, beynəlxalq hüquq və ümumbəşəri dəyərlər çərçivəsində edilməsi, diqqətin işğala qarşı beynəlxalq həmrəyliyin vacibliyinə yönəldilməsidir.
Hansı ölkənin Prezident İlham Əliyevin bu qətiyyətli bəyanatına münasibətindən asılı olmayaraq, dövlətimizin başçısının söylədikləri Azərbaycanın bu günə qədər dəyişməyən və heç vaxt dəyişməyəcək mövqeyinin təkrar ifadəsidir”.
Tam oxu
Xəbəri oxu