Icma.az
close
up
RU
“İşğalla barışmayın” çağırışı konkret bir ölkəyə deyil, prinsipə yönəlik çağırışdır Elçin Mirzəbəyli

“İşğalla barışmayın” çağırışı konkret bir ölkəyə deyil, prinsipə yönəlik çağırışdır Elçin Mirzəbəyli

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Xankəndi şəhərində keçirilmiş III Şuşa Qlobal Media Forumunun əsas mövzusu “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” olsa da, müzakirələrin əhəmiyyətli hissəsi daha çox siyasi və strateji mahiyyət daşıyırdı. Prezident İlham Əliyevin Ukraynalı jurnalistin sualına verdiyi cavab isə, əslində, təkcə Ukraynaya deyil, işğal faktoru ilə üzləşən bütün ölkələrə ünvanlanmışdı: “İşğalla barışmayın!”

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mİrzəbəyli bildirib.

O, həmçinin bildirib:

“Prezident İlham Əliyevin “işğalla barışmayın” çağırışı konkret bir ölkəyə deyil, prinsipə yönəlik çağırışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq hüquqa əsaslanan mübarizəsində qələbə qazanmış bir dövlət kimi öz təcrübəsini bölüşmək və təşviq etmək hüququna malikdir. Bu mesaj, şübhəsiz ki, Ukrayna, Moldova, Gürcüstan kimi ərazi bütövlüyü problemi yaşayan ölkələr üçün motivasiya xarakteri daşıyır. Burada vacib olan məqam çağırışın selektiv yox, beynəlxalq hüquq və ümumbəşəri dəyərlər çərçivəsində edilməsi, diqqətin işğala qarşı beynəlxalq həmrəyliyin vacibliyinə yönəldilməsidir. Hansı ölkənin Prezident İlham Əliyevin bu qətiyyətli bəyanatına münasibətindən asılı olmayaraq, dövlətimizin başçısının söylədikləri Azərbaycanın bu günə qədər dəyişməyən və heç vaxt dəyişməyəcək mövqeyinin təkrar ifadəsidir”.

Elçin Mirzəbəyli eyni zamanda deyib:

“Digər tərəfdən, Azərbaycan istənilən riskə qarşı kifayət qədər möhkəm siyasi, diplomatik və hərbi bazaya malikdir. Ölkənin informasiya təhlükəsizliyi sahəsində atdığı addımlar, media savadlılığının artırılması, kibertəhlükəsizlik mexanizmlərinin gücləndirilməsi də buna sübutdur. Hərbi və siyasi baxımdan isə Ermənistanla sərhəddə tam nəzarətin bərqərar olunması, Qarabağda suverenliyin tam bərpası və strateji müttəfiqlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın hər cür təhdidə qarşı hazır olduğunu göstərir. Eyni zamanda Prezidentin Xankəndidə bu çağırışı səsləndirməsi, Azərbaycanın yalnızca ritorik yox, real siyasət və əməldə suverenlik nümayiş etdirdiyini göstərir. Bu, regionun yeni güc balansını ifadə edən və gələcək perspektivlərini müəyyənləşdirən məqamdır.
Prezident İlham Əliyevin “işğalla barışmayın” çağırışı geosiyasi mahiyyət daşıyan, lakin beynəlxalq hüquq normalarına əsaslanan bir mövqedir. Bu çağırış təkcə Ukraynaya yox, həm də gələcəkdə hansısa formada işğalla qarşılaşa biləcək hər bir dövlətə ünvanlanıb. Forumun Xankəndidə keçirilməsi və məhz burada belə prinsipial mesajların verilməsi Azərbaycanın suverenlik mövzusunda kompromissiz mövqeyinin bir daha nümayişi idi. Bu isə yeni qlobal nizamın formalaşmasında Azərbaycanın fəal iştirakçılığını təsdiqləyir”.

Qeyd edək ki, Xankəndi şəhərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu baş tutdu.

İyunun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələri iştirak edir.

Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

O cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Forumda iştirak edib və sualları cavablandırıb.

Orxan
Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri