İŞİD Suriyada yenidən canlana bilər türkiyəli ekspert | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır. Suriya artıq bütövləşməyə doğru gedir.
Suriya ordusunun son uğurlu əməliyyatları sayəsində ölkənin şərqində geniş ərazilər tutumuş SDQ/YPG qüvvələri kapitulasiya edərək yeni Suriya hökumətinin tələblərini qəbul edib.
Son baş verənlərlə bağlı Türkiyədən olan təhlükəsizlik eksperti Yücel Karauz Modern.az-a açıqlamasında bildirib ki, son həftələrdə baş verən toqquşmalar bölgədə durumu köklü şəkildə dəyişib: "Xüsusilə, Həsəkə xətti və saxlanma düşərgələri infrastrukturu kimi kritik nöqtələrdə yaşanan toqquşmalar koordinasiya çatışmazlığını, qarşılıqlı etimadsızlığı və komanda-idarəetmə keçidlərinin nə qədər kövrək olduğunu üzə çıxardı.
Bu kövrəklik İŞİD üzvləri və onların ailələrinin saxlandığı düşərgələrdən qaçış və yenidən təşkilatlanma riski ilə birləşdikdə, rejimin geri aldığı ərazilərdə “davamlı təhlükəsizlik” iddiası ciddi şəkildə zəifləyir".
Ekspertin fikrincə, Suriyada davamlı sabitliyin əsas şərtləri 2 istiqamətdə cəmlənib: Təhlükəsizlik arxitekturası: Yerli silahlı qüvvələrin inteqrasiyası, vahid komanda zəncirinin qurulması və effektiv kəşfiyyat məlumat mübadiləsi.
Siyasi uzlaşma: Kürd bölgələrində yerli idarəetmə, dil və kimlik hüquqları, gəlirlərin bölüşdürülməsi kimi mövzularda real “ictimai müqavilə” formalaşmasa, aşağı intensivlikli qarşıdurmalar davam edəcək.
Ekspert vurğulayıb ki, YPG/SDQ-nin təsir imkanları böyük ölçüdə tükəndiyi tam yox, qismən doğrudur: "Çünki ABŞ-ın dəstəyinin hərbi müstəvidə azalması və ya geri çəkilməsi, eyni zamanda Dəməşqin nəzarətini genişləndirmək təzyiqi YPG/SDQ-nin manevr imkanlarını daraldır.
Bu səbəbdən də terror təşkilatının hərbi çəkisi azalır. Ən kritik məqam isə İŞİD düşərgələri və həbsxanalarla bağlıdır.
Tam oxu
Xəbəri oxu