Icma.az
close
up
RU
İŞİD Suriyada yenidən canlana bilər türkiyəli ekspert

İŞİD Suriyada yenidən canlana bilər türkiyəli ekspert

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Suriya artıq bütövləşməyə doğru gedir. Suriya ordusunun son uğurlu əməliyyatları sayəsində ölkənin şərqində geniş ərazilər tutumuş SDQ/YPG qüvvələri kapitulasiya edərək yeni Suriya hökumətinin tələblərini qəbul edib. 

Son baş verənlərlə bağlı Türkiyədən olan təhlükəsizlik eksperti Yücel Karauz Modern.az-a açıqlamasında bildirib ki, son həftələrdə baş verən toqquşmalar bölgədə durumu köklü şəkildə dəyişib:

"Xüsusilə, Həsəkə xətti və saxlanma düşərgələri infrastrukturu kimi kritik nöqtələrdə yaşanan toqquşmalar koordinasiya çatışmazlığını, qarşılıqlı etimadsızlığı və komanda-idarəetmə keçidlərinin nə qədər kövrək olduğunu üzə çıxardı. Bu kövrəklik İŞİD üzvləri və onların ailələrinin saxlandığı düşərgələrdən qaçış və yenidən təşkilatlanma riski ilə birləşdikdə, rejimin geri aldığı ərazilərdə “davamlı təhlükəsizlik” iddiası ciddi şəkildə zəifləyir".

Ekspertin fikrincə, Suriyada davamlı sabitliyin əsas şərtləri 2 istiqamətdə cəmlənib:

Təhlükəsizlik arxitekturası: Yerli silahlı qüvvələrin inteqrasiyası, vahid komanda zəncirinin qurulması və effektiv kəşfiyyat məlumat mübadiləsi.

Siyasi uzlaşma: Kürd bölgələrində yerli idarəetmə, dil və kimlik hüquqları, gəlirlərin bölüşdürülməsi kimi mövzularda real “ictimai müqavilə” formalaşmasa, aşağı intensivlikli qarşıdurmalar davam edəcək.

Ekspert vurğulayıb ki, YPG/SDQ-nin təsir imkanları böyük ölçüdə tükəndiyi tam yox, qismən doğrudur:

"Çünki ABŞ-ın dəstəyinin hərbi müstəvidə azalması və ya geri çəkilməsi, eyni zamanda Dəməşqin nəzarətini genişləndirmək təzyiqi YPG/SDQ-nin manevr imkanlarını daraldır. Bu səbəbdən də terror təşkilatının hərbi çəkisi azalır. Ən kritik məqam isə İŞİD düşərgələri və həbsxanalarla bağlıdır. Bu sahədə yaşanan hər hansı boşluq “təhlükəsizliyi kim təmin edir?” sualını prosesin mərkəzinə gətirir".

Y.Karauz YPG/SDQ-nin regiondan tam çıxarılmasının ən çətin ssenari olduğunu düşünür:

"Daha real görünən üç variant mövcuddur. Birinci ssenari inteqrasiya və ya yenidən etiketlənmədir. Yəni qruplaşmanın bir hissəsinin “Suriya ordusu” və ya “yerli təhlükəsizlik qüvvələri” adı altında sistemə daxil edilməsi (ad dəyişir, kadr qalır) mümkündür. İkinci variant parçalanma ilə bağlıdır. Bəzi qrupların Dəməşqlə razılaşması, digərlərinin isə çəkilərək sabotaj, sui-qəsd və qaçaqmalçılıq şəbəkələrinə yönəlməsi baş verə bilər. Və nəhayət radikal qrupların İraqın şimalına, xüsusilə Kandil–Sincar xəttinə yaxın strukturlara inteqrasiya olunması real variantlar sırasındadır".

Ehtiyyatda olan general terror qruplaşmalarının regiondan çıxacağı təqdirdə hara yönələcəklər və bunun region, eləcə də Türkiyənin təhlükəsizliyi baxımından nə demək olduğunu izah edib:

"Suriyadakı YPG/SDQ kimi terror qruplaşmaları  İraqın şimalına, Suriya daxilində boz zonalara, Avropa və üçüncü ölkələrə gedə bilərlər. Coğrafi davamlılıq, logistika xətləri və mövcud şəbəkələr səbəbilə ən real istiqamət İraqın Şimalıdır.  Bu isə həm Bağdad–Ərbil balansını, həm də Türkiyənin sərhəd təhlükəsizliyini çətinləşdirə bilər. Avropa və üçüncü ölkələrdə isə siyasi və maliyyə xətləri yarada bilərlər. Beləliklə, birbaşa sahədən çox, təbliğat, maliyyələşmə və diaspora üzərindən “uzaqdan təsir” strategiyası yürüdəcəklər".

Ekspert regional təhlükəsizlik baxımından əsas risklər barədə də danışıb:

"Əsas təhlükələrdən biri İŞİD-in yenidən canlanmasıdır. Təhlükəsizlik boşluqları və düşərgə/həbsxana sisteminin kövrəkliyi İŞİD üçün yeni imkanlar yarada bilər. Digər yandan özünü göstərəcək əsas risklər sırasına sərhədyanı terror və cavab zərbələri dövrünün başlaması, Türkiyə–Suriya–İraq xəttində qarşıdurma dinamikləri canlanması ehtimalıdır. Qaçaqmalçılıq, insan və mal dövriyyəsi, yerli gəlir mənbələri üzərində mübarizə də daha da kəskinləşə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri