Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt"a qarşı sabah keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis belə danışıb: – Bu gün hamımız üçün tarixdə ağır gündür. Başımız sağ solsun!
Oyuna gəlincə, vacib matçdır. Düzdür, hazırlıq üçün vaxtımız çox olmadı.
Hər bir halda, Antalyada da fikirlərimi bildirdim ki, istirahət və oyuna sakit hazırlaşmaq üçün bir az vaxt oldu.
Səmərəli istifadə etmək istədik. Futbolçuları azı fiziki cəhətdən hazırlamağa çalışdıq. Futbolçular çox istəkli və intizamlı idilər.
Bu oyuna, məşqə böyük əhəmiyyət verirdilər. Meydanda intizamlı komanda görəcəksiniz. Rəqibin də düşərgəsində dəyişikliklər var.
Bu, bizə mane olan amillərdəndir. Daha istəkli və aqressiv olacaqlar. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.