Icma.az
close
up
RU
İşimizi buna uyğun aparırdıq, amma... Qurban Qurbanov

İşimizi buna uyğun aparırdıq, amma... Qurban Qurbanov

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt"a qarşı sabah keçirəcəkləri oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis belə danışıb:

– Bu gün hamımız üçün tarixdə ağır gündür. Başımız sağ solsun! Oyuna gəlincə, vacib matçdır. Düzdür, hazırlıq üçün vaxtımız çox olmadı. Hər bir halda, Antalyada da fikirlərimi bildirdim ki, istirahət və oyuna sakit hazırlaşmaq üçün bir az vaxt oldu. Səmərəli istifadə etmək istədik. Futbolçuları azı fiziki cəhətdən hazırlamağa çalışdıq. Futbolçular çox istəkli və intizamlı idilər. Bu oyuna, məşqə böyük əhəmiyyət verirdilər. Meydanda intizamlı komanda görəcəksiniz. Rəqibin də düşərgəsində dəyişikliklər var. Bu, bizə mane olan amillərdəndir. Daha istəkli və aqressiv olacaqlar. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İnanıram ki, ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq.

– “Ayntraxt”da baş məşqçi dəyişikliyi planlarınızı nə dərəcə pozdu?

– Düşünmək olar. Həqiqətən, oyunlara baxırdıq, yanvardan buyana üç matç keçiriblər. Həm fərqli heyət, həm fərqli sistemdə meydana çıxırdılar. Oyunun gedişində müxtəlif hücumlar qururdular, hər oyunda fərqli müdafiə olunurdular. İşimizi buna uyğun aparırdıq, amma planlar dəyişdi. Sabah meydanda çox diqqətli olmalıyıq ki, gedişlərini tuta bilək. Əsas öz oyunumuzu intizamlı oynasaq, diqqətli olsaq, rəqibin nə etmək istədiyini bilsək, problem olmamalıdır. Düzdür, təcrübəli komandadırlar. Ümumi özünəməxsus alman intizamı var, bunlar öz yerində. Lakin bizim də təcrübəmiz var. Futbolçuların hazırlığı ümid verir ki, daha yaxşı oynaya bilərik. Uğurlu nəticə əldə edə biləcəyimizə inanıram. Ümumilikdə, bizimçün sürpriz oldu, fikrimiz qarışdı.

– Rəqib sabah Bakıya gələcək və məşq etməyəcək. Daha əvvəl “Çelsi” belə etmişdi və onlardan xal aldınız. “Ayntraxt”ın da Bakıda məşq keçməməsi üstünlük verir?

– Xeyr, böyük əhəmiyyət kəsb etmir. Bəzən biz də oyun günü səfərə çıxmışıq. İnanmıram ki, bunun hansısa təsiri olsun.

– “Ayntraxt”ı oyuna hazırlayan Aleksandr Mayer 13 il əvvəl “Qarabağ”a üç qol vurmuşdu. Bu, sizinçün əlavə məqamdır?

– İndi qol vura bilməyəcək (gülür).

– Hava şəraiti oyuna necə təsir edəcək?

– Hər şəraitdə intizamlı olmağa çalışacağıq. Nadir hallarda belə havalarda matçlar təxirə salınır. İnanıram ki, hava oyuna ciddi təsir etməyəcək.

– Payızdakı tempi saxlamaq üçün qış fasiləsinin hansı müsbət və mənfi məqamları oldu?

– Müsbətdir. İstirahət üçün vaxtımız oldu. Bəzi komandalar üçün fasilə yararlı olmaya bilər. Ancaq düşünürəm ki, bizim üçün faydalıdır. Futbolçuların yorğunluğunu azalda bildik. Bəzi futbolçuların mikrozədələri var idi, bərpa etdik. Bəzi oyunçular optimal formadan uzaq düşə bilər, amma bu fasilənin ancaq faydası oldu.

– Bakıdakı mətbuat konfransında bildirmişdiniz ki, bir neçə oyunçu ilə danışıq aparırsız. Transfer olacaqmı?

– Gözlənti çoxdur, olmalıdır. Maneə olmazsa, baş tutacaq. Azı bir keçid olmalıdır.

– Daha çox yoxlama oyunu keçirə bilməməyinizin səbəbi nə idi?

– Vaxt.

– “Ayaks”la matçda öndə olduğunuz halda, qələbəni əldən verdiniz. Bu dəfə “Ayntraxt” da problemlər fonunda Bakıya gələcək. Komandada psixoloji durum necədir?

– Bu turnirin çəkisi böyükdür. Böyük futbol dediyimiz budur. Burada rəqib komandanın problemi var deyə fikirləşmək olmaz. Onlar yüz illərdir futbol oynayır, köklü klubdurlar. Məşqçi dəyişikliyi, hansısa futbolçunun yoxluğu onlara təsir etmir. Belə turnirlər onlar üçün əlavə motivasiya verir. Seçimləri çoxdur və futbolçular bir-birini əvəz edə bilir. “Ayaks”la danışanda elə fikirlər yaranır ki, sanki zəif komandaya uduzmuşuq. Futbolçularla danışığımız olub və rəqibin gücünü bilməli olduğumuzu qeyd etmişik. Bunlara uyğun işimizi qurmalıyıq. Bu gün də düşünmürəm ki, rəqib düşərgəsində hansısa problem var. Belə halların tez-tez şahidi oluruq. Böyük komandalar belə situasiyalara hazırdırlar. Əsas məsələ bizim hazırlığımızdır. Oyuna fərqli hazırlaşmışdıq, indi fərqli komanda görəcəyik. İllərlə ona görə istəmişəm ki, öz oyunumuzla, bacardığımızı edərək qələbə qazanaq. Hazırlıq planımızdakı düşüncələri, əminliyi sabah meydanda göstərə bilsək, yaxşı oyun keçirəcəyik və yaxşı nəticə əldə etmək gücündəyik. Baxmayaraq ki, rəqib Bundesliqadan gəlir, əlimizdə şans varsa, niyə istifadə etməyək? Biz çox ideya, fikir verə bilərik, lakin vacib məqam futbolçuların meydanda nələr etməsidir. Tempimizi qorumaq önəmlidir. Az qələbə qazanaq, öz oyunumuzla qazanaq.

– Montiel uzun müddət oynamamış gəlmişdi, amma indi formasına çatır. “Ayaks”la oyunda son dəqiqələrdə meydana çıxmışdı. Sabahkı oyunda forma şansını necə qiymətləndirirsiniz?

– Montiel futboldan xeyli vaxt uzaq qalmışdı. Bu gün durumu pis deyil. Futbolçu elədir ki, nə vaxt soruşsan, deyəcək hazıram. İstər bir ay məşq eləməsin, ya eləsin. Reallığa baxsaq, gələndən çox əziyyət çəkib. İşinə peşəkar yanaşıb, ondan razıyam. Hər bir halda, bu gün onu tam hazır hesab etmirəm. Məşqlərdə yaxşı olmasına, hazırlıq dönəmində qollar vurmasına baxmayaraq, hələ tam deyil. Belə böyük oyunlarda onun təcrübəsinə ehtiyac var. Ümumən, hazırlığından razıyam. İnanıram ki, belə davam etsə, daha yaxşı ola bilər. Məşqçi kimi çalışacam ki, onu yaxşı səviyyəyə gətirə bilək.

– Oyunun ölkə çempionatına köklənməyə təsiri var?

– Təsiri olur. Özünüz şahidi olursunuz ki, belə matçlardan sonra çempionatda xal itkilərimiz çox olub. Şükürlər olsun, neçə ildir, belə qrafikə baxmayaraq, yerimizi qorumuşuq. Digər ölkələrə baxanda görürsən ki, komandaların avrokuboklardan sonra çox problemləri olur. Bizdə də bəzən psixoloji yorğunluq, nəticələr çempionat matçlarına təsirini göstərir. Premyer Liqanın səviyyəsi artıb, indi daha çox güc sərf edirik, yarış çətinləşir. Çalışmalıyıq ki, eyni səviyyədə qalaq. Bunun üçün bizim 11 yox, 20-21 futbolçumuz var. Belə anlarda digər futbolçuların üzərinə böyük yük düşür. Bəzən üzdə olan futbolçularımız komanda üçün faydalı olsa da, “ikinci heyət”imiz – inanıram ki, bu söz futbolçuların xətrinə dəyməz, onların etdikləri daha faydalı ola bilir. Tempi saxlaya bilməsək, çempionatda qalib gələ bilməsək, növbəti il nə ÇL də, nə Avropa Liqasında ola bilərik.

Mənbə: futbolpress.az

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Yanvar 2026 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri