Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq. Növbəti mövsümdən Misli Premyer Liqasında komanda sayı artırılacaq.
İcraiyyə Komitəsinin son qərarına görə, ölkə çempionatında sonuncu yerin sahibi I Liqaya yuvarlanacaq.
Əvəzində isə 3 komanda elitaya yüksələcək. Bu mövzu haqqında detalları təhlil və klubların şansları barədə daha öncə də yazmışdım.
Təbii ki, ən real namizədlər “Qəbələ”, “Karvan” və “İmişli”dir. Buna baxmayaraq, həm “Zaqatala”, həm də MOİK-in şansları davam edir.
Hər iki klubu Premyer Liqa zonasından 7-8 xal ayırır. Sponsoru və maliyyə dayaqları olan I Liqa təmsilçilərindən biri də “Mingəçevir”dir.
Əslində Qərb təmsilçisinin növbəti mövsüm üçün elitaya yüksəlmək məsələsi mümkün deyil.
Rəhbərlik yenidir, klub hazır deyil, həm də rəsmilər açıqlamalarında önümüzdəki mövsüm üçün belə planlarının olmadığını bildiriblər.
Amma yenə də digər klublardan hansındasa Premyer Liqaya yüksəlmək yolunda ciddi problemi çıxsa, “Mingəçevir” üçün yol görünə bilər.