Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

İşıqlı gələcək üçün yenidən elitaya Mingəçevir in Premyer Liqa şansları

İşıqlı gələcək üçün yenidən elitaya Mingəçevir in Premyer Liqa şansları

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Növbəti mövsümdən Misli Premyer Liqasında komanda sayı artırılacaq.

İcraiyyə Komitəsinin son qərarına görə, ölkə çempionatında sonuncu yerin sahibi I Liqaya yuvarlanacaq. Əvəzində isə 3 komanda elitaya yüksələcək.

Bu mövzu haqqında detalları təhlil və klubların şansları barədə daha öncə də yazmışdım. Təbii ki, ən real namizədlər “Qəbələ”, “Karvan” və “İmişli”dir.

Buna baxmayaraq, həm “Zaqatala”, həm də MOİK-in şansları davam edir. Hər iki klubu Premyer Liqa zonasından 7-8 xal ayırır.

Sponsoru və maliyyə dayaqları olan I Liqa təmsilçilərindən biri də “Mingəçevir”dir. Əslində Qərb təmsilçisinin növbəti mövsüm üçün elitaya yüksəlmək məsələsi mümkün deyil. Rəhbərlik yenidir, klub hazır deyil, həm də rəsmilər açıqlamalarında önümüzdəki mövsüm üçün belə planlarının olmadığını bildiriblər. Amma yenə də digər klublardan hansındasa Premyer Liqaya yüksəlmək yolunda ciddi problemi çıxsa, “Mingəçevir” üçün yol görünə bilər. 

ASTA-nın sponsorluğundan sonra klubun maliyyə durumu da düzəlib. Yeni rəhbərlik əsas məqsədlərinin iki il ərzində Premyer Liqaya yüksəlmək olduğunu bildirib. Bu məqsədə çatmaq üçün klub infrastrukturun yenilənməsi, yeni bazaların yaradılması və gənc futbolçuların inkişafı üçün İspaniyanın "Marset" akademiyası ilə əməkdaşlıq kimi addımlar atmağı planlaşdırır. 

Ötən ay artıq infrastrukturla bağlı işlərə start verilib. Stadionun təmirinə, bazanın tikintisinə başlanılıb.

Bu səbəbdən komanda son matçlarını Zaqatala şəhər stadionunda keçirib. Qərblilər burda çıxdığı hər iki oyunda da 1 xal qazanıb.

Klubun ev oyunlarını keçirdiyi Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançası artıq tam hazır vəziyyətə gətirilib. Nəticədə “nur şəhəri” təmsilçisi yenidən doğma arenaya qayıdıb.

Yeni rəhbərliyin gəlişi ilə komandanın məşqçilər korpusunu yenilənib. Baş məşqçi postuna Füzuli Məmmədov gətirilib. Son olaraq 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini çalışdıran mütəxəssis daha öncə “Neftçi”yə rəhbərlik edib. Onun köməkçiləri - Rafael Əmirbəyov, Rauf Mehdiyev və Mehman Yunusov da “ağ-göylər”ə qoşulublar.


Mingəçevirin özü də futbol şəhəridir. Burda yetərli azarkeş kütləsi mövcuddur. Həmçinin şəhərin elita keçmişi də var. 

1960-cı illərdə şəhərdə kabel zavodunun himayəsində "Kabelçi" fəaliyyət göstərib. Komandanın oyunlarına yerli azarkeş marağı yüksək dərəcədə olub. Xüsusilə Şəkinin “Xansaray”ı ilə duellər derbi səviyyəsində keçib.

1966-cı ildə şəhərin növbəti klubu - Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" yaradılıb. Bu komanda 2 dəfə SSRİ kubokunda çıxış edib. Qısa müddət sonra "Tekstilşik"in adı dəyişdirilib. Klub "Toxucu" adlandırılıb. 

Nəhayət 1990-cı ildə Mingəçevirdə ilk peşəkar klub yaradılıb. "Kür" 1992-ci ildə ilk Azərbaycan çempionatında da iştirak edib. Ramiz Məmmədov, Mehman Baxışov kimi futbolçuların sayəsində "Kür" 26 klubun mübarizə apardığı çempionatda elə ilk ildə 7-ci yeri tutub. Ən əsası komanda həmin il ölkə kubokunun finalına vəsiqə qazanıb. 

1993/94 mövsümündə isə klubun adı dəyişdirilib. Komanda həmin sezondan "Kür-Nur" adlandırılıb. İki ildən sonra Azərbaycan futbolunun əfsanələrindən Qurban Qurbanov da burda çıxış edib. Hücumçu Mingəçevir təmsilçisinin heyətində keçirdiyi 12 oyunda 4 qol vurub. 

Klubun gözəl günləri uzun çəkməyib. 1998-ci ildə maliyyə problemləri səbəbindən komanda dağılıb. Şəhər düz 7 il futbolsuz qalıb.

2005-ci ildə Mingəçevirin yeni klubu yaradılıb. "Energetik" 2017-ci ilə qədər Birinci Divizionda çıxış edib.

Daha sonra şəhər Region Liqasında da təmsil olunub və 2022-23 mövsümündə “Mingəçevir” Birinci Divizionda iştirak edib. Həmin ildən bu günə qədər 3-cü mövsümdür ki, klub I Liqada mübarizəyə davam edir.

“Mingəçevir”in mətbuat katibi Elnur Qasımov da apasport.az saytına açıqlamasında bu il üçün elitaya hazır olmadıqlarını bildirib: “Hazırkı infrastrukturumuz Premyer Liqa standartlarına cavab vermir. Amma rəhbərliyimizin açıqlamasında bildirildiyi kimi, komanda növbəti illərdə elitada təmsil olunacaq. İndi qarşımızda duran məqsəd “Mingəçevir”i bu il I Liqada saxlamaqdır”.

Klub rəsmisinin də bildirdiyi kimi, komanda bu mövsümə uğursuz start verib. Ardıcıl məğlubiyyətlərlə sonuncu pilləyə yuvarlanıb. Lakin “Mingəçevir” son 4 matçda 8 xal qazanıb. Ötən günlərdə komanda əsas rəqibi olan “Difai”ni məğlub edərək (1:0), zirzəmidən xilas olub. 

Baş məşqçi Füzuli Məmmədov saytımıza açıqlamasında ab-havanın yüksək olduğunu söyləyib: “Komandamız oyundan-oyuna daha yaxşı çıxış etməyə başlayıb. Bu qələbələr bizə lazım idi və bunu bacardıq. Fikrimcə, kollektivdə qələbə hissi dirçəlib. Həm taktiki cəhətdən irəliləyiş var, həm də futbolçular mənim nə istədiyimi daha yaxşı başa düşürlər. Hazırda məşq meydançamızın təmiri sona çatıb. İndi yalnız əsas stadionun bərpa işlərinin bitməsini gözləyirik”.

Mütəxəssis Premyer Liqa ilə bağlı suallarımızı da cavablandırıb: “Təbii ki, biz də komandanın elitada iştirak etməsini istəyərik. Lakin bu mövsüm üçün hədəfimiz I Liqada qalmaqdır. Rəhbərlik tərəfindən qarşımıza qoyulan məqsəd budur. Futbolçularım sağ olsunlar ki, ardıcıl uğurlu nəticələr qazanaraq, komandanı sonuncu yerdən 8-ci pilləyə qaldırıblar. İnfrastrukturumuzu yeniləyirik, heyətimizi möhkəmləndirməyə çalışırıq. Yayda bu yöndə işlər daha da sürətli gedəcək. Addımlarımızı asta, amma əmin atırıq ki, bünövrəni möhkəm quraq. Çünki anidən yüksəlib, ortadan itən komandalar az olmayıb. Bunları görmüşük, bilirik. Biz belə olmaq istəmirik. Rəqabətədavamlı, güclü komanda formalaşdırmaqdan əlavə, hərtərəfli klub kimi inkişaf etməliyik. Premyer Liqaya yüksəlsək, daha da xoş olar. Mingəçevir kimi şəhərə böyük futbol yenidən qayıdar”.

Komandanın köməkçi məşqçisi Mehman Yunusov da saytımıza açıqlama verib. O, Premyer Liqa yolunda şanslarının olduğunu söyləyib: “Mingəçevir hər zaman futbol şəhəri olub. Bu şəhər uzun illər Premyer Liqada çıxış edən klublara ev sahibliyi edib. Hazırda da şəhərdə futbol ab-havası hökm sürür. Hər kəs futbolla nəfəs alır. Azarkeşlərimiz komandanın elitaya yüksəlməsi yolunda dəstəklərini əsirgəmirlər. Bunu hər zaman hiss edirik. Baş məşqçimiz PRO kateqoriyası olan mütəxəssisdir. Təcrübəli və karyeralı məşqçilər korpusuna malik komandayıq. Zamanla hərtərəfli inkişaf edib, elitaya yüksəlmək uğrunda mübarizə aparacağıq”.

Açıqlamalardan da göründüyü kimi, “Mingəçevir”də ciddi işlər gedir. Uzun illər Premyer Liqaya ev sahibliyi etmiş şəhərin yeni təmsilçisi “ASTA” və əmin addımlarla irəliləyir.

Klub həmçinin tarix, azarkeş dəstəyi və akademiyaya sahibdir. Digər məsələlərin də həllini tapmasından sonra şübhəsiz ki, Premyer Liqada Mingəçevir təmsilçisi görəcəyik.

Azərbaycan millisinin keçmiş futbolçusu dələduzluğa görə tutulub "Benfika" – "Barselona" bu kanalda Azərbaycan çempionatları tarixində bir ilk qeydə alınıb “Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub "APASport" 18 yaşında!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see247

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see201

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri