İslahatlar DAVAM EDİR: Bakı Limanı ADY yə birləşdirildi FOTO | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edildi.
Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq tranzit daşımalarda mövqeyini gücləndirir Əlverişli coğrafi mövqeyinə görə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycanın beynəlxalq tranzit yüklərin daşınması üçün geniş potensialı vardır.
Bu potensialdan səmərəli istifadə edilməsi ölkəmizə strateji siyasi və iqtisadi qazanclar gətirməklə yanaşı, Azərbaycanın dünyanın vacib tranzit qovşaqlarından birinə çevrilməsinə xidmət edir.
Bu gün qlobal ticarətin böyük əksəriyyəti, təxminən 80-90%-i okeanlar və açıq dənizlər vasitəsilə aparılır.
Bunu nəzərə alaraq, dünya sularına birbaşa çıxışı olmayan Azərbaycan üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və mümkün yerüstü regional nəqliyyat şəbəkələrinə qoşulmaqla açıq dənizlərə etibarlı və davamlı çıxışın əldə edilməsi strateji əhəmiyyətə malikdir.
Bu baxımdan, qlobal miqyasda Şərqi Asiya ilə Avropanı birləşdirən, regional miqyasda isə Xəzər hövzəsi ölkələrini Qara və Aralıq dənizləri vasitəsilə dünya okeanına çıxaran Şərq-Qərb marşrutu, xüsusilə də onun əsas halqası olan multimodal Orta Dəhlizin xüsusi əhəmiyyəti vardır.
Dəmiryol nəqliyyatının inkişafı və liman infrastrukturunun inteqrasiyası Orta Dəhlizin potensialının artımının əsas amilləridir Yerüstü nəqliyyatın ən ucuz, ən etibarlı və təbiətin təsirlərinə ən az məruz qalan növü olan dəmir yolları əsasən quru ərazilərdən keçən Orta Dəhlizin də əsas “onurğa sütunu”nu təşkil edir.
Tam oxu
Xəbəri oxu