Icma.az
close
up
RU
İslahatlar DAVAM EDİR: Bakı Limanı ADY yə birləşdirildi FOTO

İslahatlar DAVAM EDİR: Bakı Limanı ADY yə birləşdirildi FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edildi.

Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq tranzit daşımalarda mövqeyini gücləndirir

Əlverişli coğrafi mövqeyinə görə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycanın beynəlxalq tranzit yüklərin daşınması üçün geniş potensialı vardır. Bu potensialdan səmərəli istifadə edilməsi ölkəmizə strateji siyasi və iqtisadi qazanclar gətirməklə yanaşı, Azərbaycanın dünyanın vacib tranzit qovşaqlarından birinə çevrilməsinə xidmət edir.

Bu gün qlobal ticarətin böyük əksəriyyəti, təxminən 80-90%-i okeanlar və açıq dənizlər vasitəsilə aparılır. Bunu nəzərə alaraq, dünya sularına birbaşa çıxışı olmayan Azərbaycan üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və mümkün yerüstü regional nəqliyyat şəbəkələrinə qoşulmaqla açıq dənizlərə etibarlı və davamlı çıxışın əldə edilməsi strateji əhəmiyyətə malikdir. Bu baxımdan, qlobal miqyasda Şərqi Asiya ilə Avropanı birləşdirən, regional miqyasda isə Xəzər hövzəsi ölkələrini Qara və Aralıq dənizləri vasitəsilə dünya okeanına çıxaran Şərq-Qərb marşrutu, xüsusilə də onun əsas halqası olan multimodal Orta Dəhlizin xüsusi əhəmiyyəti vardır.

Dəmiryol nəqliyyatının inkişafı və liman infrastrukturunun inteqrasiyası Orta Dəhlizin potensialının artımının əsas amilləridir

Yerüstü nəqliyyatın ən ucuz, ən etibarlı və təbiətin təsirlərinə ən az məruz qalan növü olan dəmir yolları əsasən quru ərazilərdən keçən Orta Dəhlizin də əsas “onurğa sütunu”nu təşkil edir. Hazırda Çindən və Orta Asiya regionundan gələn tranzit yüklərin əksər hissəsi Qazaxıstanın Aktau, Kurık və Türkmənistanın Türkmənbaşı limanlarından çıxıb gəmi və bərələrlə Xəzər dənizini üzüb keçərək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə ölkəmizə daxil olur. Tranzit yüklər daha sonra Azərbaycanın dəmiryol şəbəkəsi ilə daşınaraq Böyük Kəsik stansiyasından Gürcüstana, oradan isə ya Gürcüstanın Batumi və Poti limanları vasitəsilə Qara Dənizə, ya da Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə Türkiyə limanları vasitəsilə Aralıq dənizinə və ya Türkiyənin yerüstü şəbəkəsi vasitəsilə Avropa ölkələrinə daşınır.

Son illərdə qlobal miqyasda dəmir yolu ilə yükdaşımalarda, konteynerlər də daxil olmaqla, illik təxminən 5%-lik artım qeydə alınır və bu bazarın illik dəyəri 300 milyard ABŞ dollarına yaxınlaşmaqdadır. Konteynerləşmə həm daşımaların sürətini artırır, həm də iqtisadi baxımdan daha səmərəli hesab edilir.

Son üç ildə Azərbaycan dəmir yolları şəbəkəsi vasitəsilə, Orta Dəhliz daşımaları da daxil olmaqla, illik təxminən 7 milyon ton tranzit yük daşınmışdır. 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin modernləşdirilməsi ilə illik ötürücülük gücünün 1 milyon tondan 5 milyon tonadək artırılması yaxın gələcəkdə illik ümumi tranzit həcmlərinin artırılmasına xidmət edəcək. Bununla yanaşı, növbəti 5 ildə Bakı Limanının imkanlarının 15 milyon tondan 25 milyon tonadək artırılması da tranzit yüklərin həcminin xeyli artırılmasına şərait yaradacaq.

Limanın inkişafındakı bu addımın əsasən konteyner daşımalarının təmin edilməsinə yönəldiyini nəzərə aldıqda artacaq daşıma həcmlərinin iqtisadi baxımdan da səmərə gətirəcəyi gözləniləndir. 2024-cü ildə dəniz və dəmir yolları da daxil olmaqla, bütün nəqliyyat növləri üzrə cəmi 14,5 milyon ton həcmində tranzit yüklərin daşındığını nəzərə alaraq, yaxın gələcəkdə ölkəmizin tranzit potensialının xeyli böyüyəcəyini proqnozlaşdırmaq mümkündür.

Ümumiyyətlə, dəniz və dəmir yolları intermodal daşımalarla dünya ticarətinin bir-birini tamamlayan iki əsas halqasını təşkil edir. Bizim ölkənin və Orta Dəhlizin nümunəsində isə dəmir yolları ilə limanın qarşılıqlı əlaqəsinin strateji əhəmiyyəti bir başqadır. Bir tərəfdən, Bakı limanı Xəzər dənizi, Volqa-Don kanalı və Qara dəniz vasitəsilə ölkəmizin dünya okeanına dolayı çıxış “qapısı” kimi çıxış edirsə, digər tərəfdən, bugünkü geosiyasi reallıqlarda Bakı Limanı Orta Dəhlizin tamamlayıcı bir halqası kimi strateji əhəmiyyət kəsb etməyə başlayır, dəmiryol daşımaları üçün “körpü” funksiyasını yerinə yetirir və dəmiryol nəqliyyatı qovşağı rolunu oynayır.

Limanların və dəmir yollarının inteqrasiyası beynəlxalq nəqliyyat-logistika zəncirlərinin səmərəli inkişafına gətirib çıxaracaq

Lakin beynəlxalq nəqliyyat-logistika sektorunun inkişaf edərək dünyanın fərqli regional iqtisadiyyatlarının inteqrasiya olunmasında oynadığı hazırkı rolu və bugünkü qlobal çağırışları diqqətə aldıqda, rahatlıqla demək mümkündür ki, liman və dəmir yolları arasındakı əlaqə sadəcə bir növdən digərinə transfer körpüsü olmaqdan çıxmışdır. Onların səmərəli inteqrasiyası bütün sistemin – qlobal təchizat zəncirinin həlledici amillərindən birinə çevrilib. Qeyd edilənləri nəzərə alaraq, beynəlxalq nəqliyyat-logistika zəncirinin inkişaf etdirilməsi məqsədilə dəmir yollarına və limanlara münasibətdə vahid baxış, siyasət və strategiyanın olması, onlara vahid sistemin qarşılıqlı əlaqədə və asılılıqda olan elementləri kimi yanaşılması daha səmərəli hesab edilir.

Nəzərə alınmalıdır ki, günümüzdə daşımalar sadəcə bir məntəqədən digərinə yüklərin fiziki daşınması ilə məhdudlaşmır. Artıq daşımalar müştəridən ilkin sifarişin alınması, sifarişə uyğun yeni dəyərlərin yaradılması və son müştəriyədək çatdırılmasını əhatə edən uzun və mürəkkəb logistika zəncirinin idarə edilməsinin vacib bir komponentini ehtiva edir. Müəyyən coğrafi istiqamətlər üzrə illərlə formalaşmış belə təchizat zəncirləri beynəlxalq marşrutların və dəhlizlərin əsasını təşkil edir və bu dəhlizlər öz aralarında rəqabətdədirlər.

Qeyd edilən rəqabətin əsas amilləri marşrutun və ya dəhlizin təhlükəsizliyi (etibarlılığı və davamlılığı), sürəti və qiymətidir. Böyük geosiyasi dəyişikliklərin fonunda beynəlxalq təchizat zəncirlərinin strateji əhəmiyyəti artmaqda, marşrutlar və dəhlizlər arasındakı rəqabət daha da kəskinləşməkdədir. Dəhliz üzərində zəif koordinasiya səbəbindən limanlarda gecikən hər gün, hər saat, blok-qatarlarda hər boş konteyner və ya optimizasiya və rəqəmsallaşma sayəsində yükdaşıma qiymətində qənaət edilən hər dollar marşrutun rəqabət qabiliyyətinə təsir edir.

Orta Dəhlizin iştirakçısı olan digər ölkələrdə də bu məsələyə diqqət verilir. Məsələn, Qazaxıstan və Türkiyədə bir çox strateji limanlar dəmiryol qurumları tərəfindən idarə edilir. Çin Dəmir Yolları liman operatorları ilə sıx əməkdaşlıq edir, Hindistan Dəmir Yolları birgə müəssisələr və törəmə şirkətləri vasitəsilə limanlarda paya sahibidir, Rusiya Dəmir Yolları öz törəmə şirkətləri vasitəsilə liman əməliyyatlarında aktiv iştirak edir, konteyner terminallarını idarə edir.

AZCON-un yaradılması nəqliyyat infrastrukturunun koordinasiyasını yaxşılaşdıracaq və tranzit daşımaların səmərəliliyini artıracaq

Azərbaycanda da tranzit daşımalara xidmət edən infrastrukturun planlaşdırılmasında vahid yanaşmanın tətbiq edilməsi əsas nəqliyyat qovşaqlarının və infrastrukturun effektiv inkişafına xidmət edə, bununla da marşrutun buraxılış qabiliyyətini və operativliyini artıra, resursların səmərəli istifadəsinə və ümumi daşınma vaxtının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, marşruta xidmət edən qurumların əməliyyat prioritetlərinin uyğunlaşdırılması da tranzit yüklərin daşınmasında gecikmələrin azalmasına, bununla da logistika zəncirinin effektivliyinin artmasına səbəb ola bilər.

Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün ötən ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə AZCON holdinqi yaradılmışdır ki, holdinq vasitəsilə aidiyyəti qurumlar – tranzit əməliyyatları iştirakçıları arasında əlaqələndirmə, perspektiv planlaşdırma, sərmayə tənzimlənməsi həyata keçiriləcəkdir.

Azərbaycanın tranzit potensialının gücləndirilməsi istiqamətində aparılan qeyd edilən islahatlar çərçivəsində 25 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Beləliklə, ADY tranzit əməliyyatlarına görə məsul qurum olaraq liman əməliyyatlarını da idarə edəcək, habelə AZCON daxilində koordinasiya çərçivəsində əməliyyatların digər vacib iştirakçısı olan ASCO ilə səmərəli qarşılıqlı əlaqəni həyata keçirəcək.

ADY-nin 2030-cu ilə qədər strateji məqsədləri: maksimuma nail olmaq üçün yeni üfüqlər

Hazırda tranzit daşımaların inkişafı ADY-nin fəaliyyətinin əsasını təşkil edir. Azərbaycan Dəmir Yollarının 2030-cu ilədək Strateji İnkişaf İstiqamətlərinə əsasən ADY-nin qaşrısında duran əsas strateji məqsədlər Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv istifadə edilməsinə nail olmaq, bunun sayəsində ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə önəmli töhfə vermək, 2030-cu ilədək dəmir yolu ilə tranzit daşımaların illik həcmini 2-4 dəfə artırmaqdır. Rəqəmlərə çevirdikdə bu, illik 7 milyon tondan çox olan tranzit daşımaların 2030-cu ildə 15 milyon tonadək (Şimal-Cənub dəhlizinin genişləndirilməsi üzrə ölkələrarası layihənin potensialı tam reallaşacağı təqdirdə 30 milyon tonadək) artırılması deməkdir. Bakı Limanının ADY-yə birləşdirilməsindən sonra isə ADY qarşısında duran hədəflər yenilənə, yəni qurum qarşısında daha böyük və iddialı hədəflər qoyula bilər.

Ümumilikdə, Azərbaycan dəmir yolları son 20 il ərzində yatırılan iri investisiyalar və məqsədyönlü inkişaf strategiyası sayəsində yeni sima qazanıb, bir çox hədəflərə nail olunub. İnfrastruktur müasirləşdirilib, yeni hərəkət tərkibi alınıb və yeni təmir depoları istifadəyə verilib. Son illərdə ADY bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə, transformasiya mərhələsindən keçib, korporativ idarəetmə sisteminin qurulması üzrə işlər görülüb, daha şəffaf, səmərəli və müasir idarəçilik strukturu formalaşıb. Bütün bunlar ADY-nin qarşısına qoyulmuş məsul vəzifələrin uğurla həyata keçirilməsinə və strateji hədəflərə nail olunmasına güclü inam yaradır.

Mənbə: APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Mart 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see301

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see173

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see130

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see118

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see116

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see116

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see115

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see113

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see112

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri