İslam bankçılığı nədir? | Icma.az
Icma.az bildirir, 525.az saytına əsaslanaraq. 2026-cı ildən etibarən Azərbaycanda islam bankçılığı məhsullarının tətbiqinə start veriləcək.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun Davamlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov deyib.
O bildirib ki, bu strategiyanı həyata keçirmək üçün AMB yol xəritəsi hazırlayıb.
Ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, "Banklar haqqında" qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Əsas təkliflərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.
İslamda faizin haram sayıldığı üçün islam bankları adlanan maliyyə təşkilatları yaradılıb.
İslam hüququna görə faiz qazanmaq haramdır, buna görə də bu banklar kredit və əmanət əməliyyatlarında faiz yığmırlar və ya vermirlər.
Bunun əvəzinə, İslam bankları risk və gəliri müştəri ilə birlikdə paylaşaraq ədalətli maliyyə münasibətləri qururlar.
Tam oxu
Xəbəri oxu