Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

İslam bankçılığı nədir?

İslam bankçılığı nədir?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

2026-cı ildən etibarən Azərbaycanda islam bankçılığı məhsullarının tətbiqinə start veriləcək. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun Davamlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov deyib. O bildirib ki, bu strategiyanı həyata keçirmək üçün AMB yol xəritəsi hazırlayıb. Ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, "Banklar haqqında" qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub. Əsas təkliflərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.

İslamda faizin haram sayıldığı üçün islam bankları adlanan maliyyə təşkilatları yaradılıb. İslam hüququna görə faiz qazanmaq haramdır, buna görə də bu banklar kredit və əmanət əməliyyatlarında faiz yığmırlar və ya vermirlər. Bunun əvəzinə, İslam bankları risk və gəliri müştəri ilə birlikdə paylaşaraq ədalətli maliyyə münasibətləri qururlar. Bu yanaşma, maliyyə sektorunda riskin paylaşılması və şəffaflığın təmin olunması baxımından yeni bir model təqdim edir. Bunların ənənəvi kommersiya banklarından fərqi ondadır ki, müştəri adi kommersiya bankının verdiyi məsələn, 100 min dollarlıq krediti müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə qaytarır. Məbləği tam qaytardıqdan sonra 100 min dollar əsas məbləğ və, məsələn, əlavə 10 min dollar faiz ödəmiş olur. İslam bankı isə müştərinin almaq istədiyi 100 min dollarlıq bir malı-daşınmaz əmlakı özü alaraq müştəriyə yenidən 110 min dollara satır. Müştəri həmin məbləği müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə qaytarır. Yəni bu yerə qədər heç bir fərq yoxdur. Nəticədə sadəcə olaraq "faiz" kəlməsindən qaçınmış olur.

Gecikmələrin bağışlanması

Yeganə fərq ondan ibarətdir ki, kommersiya bankına olan kredit ödənişi gecikdiriləndə, əlavə cərimə faizləri hesablanır, halbuki islam bankı bu gecikmələri bağışlayır.

Ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləğ və faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır. İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox, əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur.

Bank sektorunda canlanma yaranacaq, banklar arasında rəqabət güclənəcək

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, İslam bankçılığı həm Yaxın Şərqdə, həm də Qərb ölkələrində geniş tətbiq olunan bir modeldir. İslam bankçılığının beynəlxalq mərkəzlərindən biri  London hesab olunur. Bu şəhərdə İslam prinsiplərinə uyğun fəaliyyət göstərən böyük maliyyə institutları mövcuddur. Niyə Londonda İslam bankçılığı bu qədər geniş yayılıb? Çünki dünyanın ən böyük qiymətli kağızlar birjası oradadır. İslam bankçılığı onların alqı-satqısı, pul qazanması və bütün iqtisadi prosesin iştirakçısına çevrilməsi ilə məşğuldur. Bu, ona inkişaf etməyə imkan verir: "İslam bankçılığında əsas üstünlüklərdən biri şəffaflıq, riskin bölüşdürülməsi və real iqtisadi fəaliyyətə əsaslanmasıdır. Əgər Azərbaycanda bu prinsiplər tətbiq oluna və əhali tərəfindən maraq görsə, bu, həm bank sektorunda canlanma yaradacaq, həm də banklar arasında rəqabəti gücləndirəcək. Azərbaycanda bu məsələ ilə bağlı ayrıca qanunların qəbuluna ehtiyac yoxdur. Sadəcə olaraq maliyyə institutlarına bu sahədə işləmək imkanı vermək lazımdır. Azərbaycanda qiymətli kağızlar bazarı yoxdur, normal bazar qaydaları ilə fəaliyyət göstərən səhmdar cəmiyyəti təsəvvür etmək bizim üçün çətindir. Bütün iqtisadiyyatın İslam bankçılığının işinə töhfə verməsi lazımdır. Bunun üçün müvafiq iqtisadi qurumlar olmadığı halda, İslam qanunlarına uyğun işləyən ayrıca bölmənin yaradılması o qədər də uğurlu olmayacaq. Müqavilə münasibətlərində sərbəstlik olmalıdır, o zaman müqavilələrə qanuna zidd olmayan bəndlər daxil etmək, bu müqavilələrə uyğun işləmək olar".

Ekspert qeyd edib ki, gələn ildən etibarən Mülki Məcəllə, "Banklar haqqında" və "Vergi Məcəlləsi"nə dəyişikliklər ediləcək, İslam prinsiplərinə əsaslanan maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən azad olunması planlaşdırılır. Bunun ardınca kommersiya banklarına "İslam pəncərələri" vasitəsilə xüsusi məhsullar təklif etməyə icazə veriləcək.

Bank müştəriyə sadəcə pul vermir, onunla biznesə şərik olur

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, islam bankçılığı son illərdə dünya maliyyə sektorunda geniş yayılmış bir sahə kimi diqqət çəkir. Hal-hazırda İslam bankçılığı sektorunun illik inkişaf tempi, təxminən, 15-20 faiz təşkil edir ki, bu da onu ən sürətlə inkişaf edən bankçılıq növlərindən birinə çevirir. İslam bankçılığı faizsiz bankçılıq prinsiplərinə əsaslanır. Maliyyə əməliyyatları şəriət qanunlarına uyğun olaraq həyata keçirilir. Bu növ bankçılığın ən önəmli xüsusiyyəti faizin qadağan olunmasıdır: "İslam bankçılığında birgə investisiya layihələri, ticarət və icarə gəlirləri əsas qazanc mənbələridir. Yəni bank müştəriyə sadəcə pul vermir, onunla biznesə şərik olur".

Qanunvericilikdə dəyişikliklərə ehtiyac var

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov hesab edir ki, bu sistemin Azərbaycanda tətbiqi üçün əvvəlcə qanunvericilikdə - "Mülki Məcəllə, Vergi Məcəlləsi, "Banklar haqqında" qanunda dəyişikliklər edilməlidir: "İlk növbədə qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsi məsələsinə gəlincə, bu xidmətlər onsuz da vergidən azad olduğu üçün islam bankçılığı əməliyyatlarının da vergidən azad edilməsi gözləniləndir".

Bank və ya investor borc deyil, bir növ biznesə şərik olur

Əkrəm Həsənovun sözlərinə görə, islam bankçılığında kapitalın istifadəsi və gəlir əldə etmə prinsipləri tamamilə fərqli məntiqə əsaslanır. İslam bankçılığı modelində kredit verilməsi əslində sərmayə qoyuluşu deməkdir. Yəni bank və ya investor borc deyil, bir növ biznesə şərik olur: "Əgər bir bank müştəriyə pul verirsə, bu o deməkdir ki, bank həmin şəxsin biznesinə ortaq olur. Əgər qazanc əldə olunarsa, bankda  investisiya etdiyi vəsaitin miqdarına uyğun olaraq həmin qazancdan pay alır. Əgər zərər olarsa, bank da payına düşən zərəri daşıyır. Bu model əmanətçilər üçün də fərqli yanaşma təqdim edir. Ənənəvi sistemdə bank əmanətçiyə sabit faiz verir - istər qazanc olsun, istər olmasın sən borcunu qaytarmalısan. Bu birmənalı olaraq belədir, borc qaytarılmalıdır. İslam bankçılığında isə əmanətçi bankın şərikinə çevrilir. Yəni əmanət qoyduğumuz zaman əvvəlcədən razılaşdırılır ki, biz bankın hansı həcmdə mənfəətinə ortaq oluruq. Əgər bank mənfəət götürərsə, biz də qazanırıq, yəni qazanc əldə edirik. Yox, əgər ziyana düşərsə, biz də zərərə şərik oluruq. Bu, real şəriklikdir. Yəni mən qazancda, həm ziyanda birgəlik".

Başlıca şərtlərdən biri dürüstlük və şəffaflıqdır

Əkrəm Həsənov qeyd edib ki, islam bankçılığının uğurlu fəaliyyəti, inkişafı və təşəkkül tapması üçün başlıca şərtlərdən biri dürüstlük və şəffaflıqdır. Yəni tərəflərin bir-birləri ilə şəffaf iş birliyidir: "Burada həm müştəri, həm də bank qazanc və zərər məsələlərində bir-birləri ilə dürüst olmalı. Real maliyyə axınları barədə bir-birlərinə məlumat verməli, gerçəkləri gizlətməməlidirlər. Əks halda burada uğurlu fəaliyyətdən söhbət gedə bilməz. Yəni islam bankçılığın anlamı qalmaz: "Əgər bankdan maliyyə almış şəxs, qazancını gizlədirsə, bank ona itki yaşadığı üçün ödəniş etməmə imkanı yaradır. Eyni qayda ilə bank da şəffaf olmalıdır ki, əmanətçi onun həqiqətən qazanc əldə edib-etmədiyini bilsin. Bu işdə tərəflərin bir-birinə dürüst davranması, şəffaflıq başlıca şərtdir".

Bu model illər öncə ölkədə tətbiq edilməli idi

Mütəxəssis vurğulayıb ki, islam bankçılığı təkcə islam ölkələrində deyil, Avropada, Qərb ölkələrində də geniş yayılıb. Bu modelə üstünlük verən ölkələrin sayı get-gedə də artır. Hətta bir çox qeyri-müsəlman investor da bu faizsiz, şəriklik üzərində qurulan modeli üstün tutur: "Hesab edirəm ki, bu modelin Azərbaycanda tətbiqi həm vətəndaşların seçim imkanlarını artıra bilər, həm də ölkə iqtisadiyyatına yeni sərmayə axınları üçün şərait yarada bilər. Bu model illər öncə ölkədə tətbiq edilməli idi. Gecikmişik. Qazaxıstan, Qırğızıstan kimi ölkələr artıq 10-15 il əvvəl bu istiqamətdə hüquqi bazanı formalaşdırıblar. Biz isə hələ indi bu addımı atırıq. Hesab edirəm ki, sadalanan qaydalara əməl olunsa, bu uğurlu bir model olacaq və islam bankçılığına müraciət edənlərin sayı artacaq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri