Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Azərbaycanın bir çox bölgələrində Ramazan bayramı günü əhali ötən bayramdan sonra dü
Ümumiyyətlə, İslam dinində matəm günləri və vəfat etmiş adamın il dönümünü qeyd etmək düzgün deyil.Mövzuyla bağlı Bizim.Media-ya açıqlamasın
Daha o qaradırsa, bayram deyil, vaydır, yasdır. Din xadimləri də gərək maarifləndirmə aparsınlar.
Əksinə gedib qarınlarını bərkitmək üçün belə qondarma ənənələrə şərait yaratmasınlar.
Yəni, matəm ayı, vəfat günü, il dönümü, qara bayram kimi adətlər sonralar başqa inanclardan keçib, yaxud insanlar özləri digər xurafatlar kimi bunu da özlərindən uydurublar".O, eyni zamanda əlavə edib ki, yasda pul yığmaq da doğru deyil:"İslam buna qarşıdır.
Bu, alverdir. Yas sahibini borclu qoymaqdır. Çox adamlar tanıyıram ki, vaxtilə bu gedib qohumunun yasında pul yazdırıb.
Amma bunun atası öləndə qohumu gəlib pul yazdıra bilməyib. Aralarında böyük narazılıq, az qala düşmənlik həddinə gəlib çatıb.
Demək o yazdırılan pulu adamlar yas sahibinə pis niyyətlə borc verirlər.