Icma.az
close
up
RU
İslam dinində Qara bayram deyə bir adət yoxdur İlahiyyatçıdan İLGİNC AÇIQLAMA

İslam dinində Qara bayram deyə bir adət yoxdur İlahiyyatçıdan İLGİNC AÇIQLAMA

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Azərbaycanın bir çox bölgələrində Ramazan bayramı günü əhali ötən bayramdan sonra dünyasını dəyişən şəxslərin evinə gedərək müəyyən məbləğdə pul yazdırır.
Buna el arasında "Qara bayram" deyirlər. Ümumiyyətlə, İslam dinində matəm günləri və vəfat etmiş adamın il dönümünü qeyd etmək düzgün deyil.
Mövzuyla bağlı Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, bayram şənlik, sevinc bölüşmək üçündür:
"Qara bayram olar? Daha o qaradırsa, bayram deyil, vaydır, yasdır. Din xadimləri də gərək maarifləndirmə aparsınlar. Əksinə gedib qarınlarını bərkitmək üçün belə qondarma ənənələrə şərait yaratmasınlar. Yəni, matəm ayı, vəfat günü, il dönümü, qara bayram kimi adətlər sonralar başqa inanclardan keçib, yaxud insanlar özləri digər xurafatlar kimi bunu da özlərindən uydurublar".
O, eyni zamanda əlavə edib ki, yasda pul yığmaq da doğru deyil:
"İslam buna qarşıdır. Bu, alverdir. Yas sahibini borclu qoymaqdır. Çox adamlar tanıyıram ki, vaxtilə bu gedib qohumunun yasında pul yazdırıb. Amma bunun atası öləndə qohumu gəlib pul yazdıra bilməyib. Aralarında böyük narazılıq, az qala düşmənlik həddinə gəlib çatıb. Demək o yazdırılan pulu adamlar yas sahibinə pis niyyətlə borc verirlər. Pis niyyət də ona görə deyirəm, düşünürlər ki, mənimki də öləndə o gətirib qaytarsın.
Birdən işdir, o da gələ bilmir, yaxud uzaqda olur, imkanı çatmır gəlməyə, vəssalam arada narazılıq, kin-küdurət yaranır. Halbuki dinimizə görə imkanı çatan insanlar yas sahibinə təmənnasız aparıb ərzaq, pul köməyi etməlidirlər. Dəftər, siyahı, yazı olmamalıdır. Borcu yazarlar, köməyi yox. O kimi yaslarda verilən yemək də ehsan hökmündə deyil. Çünki ehsan pulla verilməz" - deyə ilahiyyatçı bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Mart 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri