İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək

03.02.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti Baş Assambleyası bu il 17–20 iyun tarixlərində Azərbaycanda keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclasında iştirak edən, Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib. Millət vəkili bildirib ki, bu mühüm beynəlxalq tədbir ölkəmizin sülh, tolerantlıq və parlament diplomatiyası sahəsində əldə etdiyi uğurların nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bu tədbir vasitəsilə Azərbaycan, İslam dünyasında həmrəyliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün mühüm platforma təqdim edəcək.
Bu kimi beynəlxalq görüşlər Azərbaycanın diplomatik nüfuzunun möhkəmlənməsinə, İslam ölkələri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью