İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti Baş Assambleyası bu il 17–20 iyun tarixlərində Azərbaycanda keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İcraiyyə Komitəsinin 55-ci iclasında iştirak edən, Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib. Millət vəkili bildirib ki, bu mühüm beynəlxalq tədbir ölkəmizin sülh, tolerantlıq və parlament diplomatiyası sahəsində əldə etdiyi uğurların nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Bu tədbir vasitəsilə Azərbaycan, İslam dünyasında həmrəyliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün mühüm platforma təqdim edəcək.
Bu kimi beynəlxalq görüşlər Azərbaycanın diplomatik nüfuzunun möhkəmlənməsinə, İslam ölkələri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir".
Süleyman
Bu mövzuda digər xəbərlər:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının iclası keçiriləcək
30 Yanvar 2026 15:57
OANA nın növbəti Baş Assambleyası Azərbaycanda keçiriləcək
20 İyun 2025 19:10
Milli Məclis gələn il İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına sədrlik edəcək
30 May 2025 14:21
Qırğızıstanda Parlament Assambleyası Şurasının növbədənkənar iclas keçiriləcək
19 May 2025 07:56
Baxış sayı:74
Bu xəbər 03 Fevral 2026 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















