Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi bu məsələyə dair müzakirə yaradıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclasında da yas mərasimindəki bəzi addımlardan danışılıb.
KONKRET.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a yas mərasimlərilə bağlı mövzudan danışıb.
O bildirib ki, İslamda ilk gündən ölü üçün 3 gün yas saxlanılıb.
Müsahibimizin sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası yas mərasimlərinin sadələşdirilmiş formada və israfsız keçirilməsi ilə bağlı fətva verib.
“İslamın ilk günlərindən ölü üçün 3 gün yas saxlanılıb. Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq.
Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac varmış. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq.