Icma.az
close
up
RU
İslamda cümə axşamı və 40 mərasimi yoxdur KONKRET

İslamda cümə axşamı və 40 mərasimi yoxdur KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi bu məsələyə dair müzakirə yaradıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclasında da yas mərasimindəki bəzi addımlardan danışılıb.

KONKRET.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a yas mərasimlərilə bağlı mövzudan danışıb.

O bildirib ki, İslamda ilk gündən ölü üçün 3 gün yas saxlanılıb.

Müsahibimizin sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası yas mərasimlərinin sadələşdirilmiş formada və israfsız keçirilməsi ilə bağlı fətva verib.

“İslamın ilk günlərindən ölü üçün 3 gün yas saxlanılıb. Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq. Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac varmış. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq. Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar. Cümə axşamları dindarlığın saxlanılması, dinimizin təbliği üçün vasitə olub. Yəni din adamları heç olmasa yas mərasimlərində Allahın ayələrini çatdırmağa çalışıblar. Ola bilsin ki, o zaman cümə axşamlarına ehtiyac vardı. Amma indi şükür Allaha, elm inkişaf edib, İlahiyyat İnstitutumuz, alimlərimiz var. Sosial şəbəkələrdə hər kəs dindən danışa bilər. Hamı dini məlumatları sürətli formada əldə edə bilir. Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar. Dinimiz də bunu bəyənir ki, 3 gün yas olsun”.

QMİ sədrinin müavini vurğulayıb ki, təkcə yasdakı deyil, toydakı israfdan da danışılmasına ehtiyac var:

“Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir. Allahdan arzumuz cəmiyyətdə olan müəyyən iqtisadi nöqteyi-nəzərdən israfçılıq olmamasıdır. Dinimizin gözəlliyi ondadır ki, zamanla ayaqlaşa bilir. İşlərimizi Quranın bizə buyurduğu kimi  etməliyik. Nəinki yas mərasimləri, bu elə bizim toylarımıza da aiddir. Orada daha çox israfçılıq var. Bir nəfər müğənniyə 15 min manat verib toya gətirirlər. Valideyn övladının xoşbəxtliyi üçün nə qədər xərc çəkir. Allah bütün gənclərimizi xoşbəxt eləsin! Amma toylarımızda da israfın aradan qaldırılmasından danışılsa, nə gözəl olar. Bəli, yas mərasimlərində israfçılıq var. Lakin eyni zamanda toylarda da,təəssüf ki, israfçılıq baş alıb gedir. Biz QMi olaraq israfçılıq əleyhinəyik. Hər şey ixtisarlaşmış formada olsun. Amma dini dəyərlərimizə toxunmamaq şərtilə. Dinimizin əsas ehkamlarına riayət edilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri