İslandiyanın baş məşqçisi Azərbaycanla oyun haqda: Rəqibi yenmək üçün gücümüzü qoyacağıq |…
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycan və Fransa yığmalarına qarşı 2026-cı il dünya çempionatının seçmə oyunları üçün açıqladığı heyətdən xeyli razı qalıb.
İdman.biz Sportnet.az-a istinadən xəbərverir ki, 52 yaşlı mütəxəssis çətin seçim etdiyini söyləyib. "Bu, sadəcə, dəhşət idi.
Seçim imkanlarım get-gedə çətinləşir. Nə qədər oyunçu özlərini göstərir və yaxşı işlər görürlər?! Sonsuz sayda oyunçu dəvət edə bilərdim.
Əminəm ki, yenə kimisə yaddan çıxaracaqdım", deyə Qunnlauqsson vurğulayıb.
O, Azərbaycan və Fransa millilərinə qalib gəlmək üçün əllərindən gələni edəcəklərini açıqlayıb: "Dünya futbolunda lazımi qələbələrdən danışmaq çətindir.
Lakin biz bu iki rəqibi yenmək üçün gücümüzü qoyacağıq. Bu, onlara mütləq qalib gəlməli olduğumuz anlamı vermir.
Gələcək perspektivə yönələn oyun sərgiləmək lazımdır". Yeni baş məşqçi İslandiya millisinin sükanı arxasında indiyədək 3 oyun keçirib.
Tam oxu
Xəbəri oxu