Icma.az
close
up
RU
İslandiyanın baş məşqçisi Azərbaycanla oyun haqda: Rəqibi yenmək üçün gücümüzü qoyacağıq

İslandiyanın baş məşqçisi Azərbaycanla oyun haqda: Rəqibi yenmək üçün gücümüzü qoyacağıq

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycan və Fransa yığmalarına qarşı 2026-cı il dünya çempionatının seçmə oyunları üçün açıqladığı heyətdən xeyli razı qalıb.

İdman.biz Sportnet.az-a istinadən xəbərverir ki, 52 yaşlı mütəxəssis çətin seçim etdiyini söyləyib.

"Bu, sadəcə, dəhşət idi. Seçim imkanlarım get-gedə çətinləşir. Nə qədər oyunçu özlərini göstərir və yaxşı işlər görürlər?! Sonsuz sayda oyunçu dəvət edə bilərdim. Əminəm ki, yenə kimisə yaddan çıxaracaqdım", deyə Qunnlauqsson vurğulayıb.

O, Azərbaycan və Fransa millilərinə qalib gəlmək üçün əllərindən gələni edəcəklərini açıqlayıb: "Dünya futbolunda lazımi qələbələrdən danışmaq çətindir. Lakin biz bu iki rəqibi yenmək üçün gücümüzü qoyacağıq. Bu, onlara mütləq qalib gəlməli olduğumuz anlamı vermir. Gələcək perspektivə yönələn oyun sərgiləmək lazımdır".

Yeni baş məşqçi İslandiya millisinin sükanı arxasında indiyədək 3 oyun keçirib. Azərbaycanla qarşılaşmada o, baş məşqçi kimi Reykyavik şəhərindəki "Lauqardalsvollur" stadionunda ilk oyununa çıxacaq: "Bu, özüm və ailəm üçün vacib an olacaq. İlk dəfə burada 1977-ci ildə oyun izləmişəm. O vaxtda bu arena xeyli dəyişib. Cəsarətlə deyə bilərəm ki, stadion dünya səviyyəlidir. Bilirəm ki, Fransa ilə oyunda tribunaları doldurmaq asan olacaq. Lakin Azərbaycanla qarşılaşmada bizə köməyin göstərilməsi qiymətsiz olardı. Gəlin, sadəcə, dünya çempionatına çıxaq, uğur qazanmağa çalışaq".

Qeyd edək ki, İslandiya Azərbaycan millisi ilə sentyabrın 5-də evdə, Fransa ilə sentyabrın 9-da səfərdə üz-üzə gələcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri