Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
İsmayıllıda narkotik vasitənin təsiri altında qayda pozan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “VAZ-2105” markalı avtomobilin sürücüsü - P.Abdıyev manevr qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə P.Abdıyevin marixuana istifadə etdiyi müəyyənləşib.
Sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə P.Abdıyevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimələnib.
Nərmin