İsmayıllıda narkotik çəkib qayda pozan sürücü vəsiqəsiz qaldı, 800 manat cərimələndi FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
İsmayıllıda narkotik vasitənin təsiri altında qayda pozan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “VAZ-2105” markalı avtomobilin sürücüsü - P.Abdıyev manevr qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə P.Abdıyevin marixuana istifadə etdiyi müəyyənləşib.
Sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə P.Abdıyevin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 800 manat məbləğində cərimələnib.
Nərmin
Bu mövzuda digər xəbərlər:İsmayıllıda narkotik çəkib qayda pozan VAZ və Mercedes sürücüləri saxlanıldı FOTO
14 Fevral 2025 12:43
Daşkəsəndə narkotik çəkib qayda pozan sürücü SAXLANILDI FOTO
19 İyun 2025 13:40
İsmayıllıda “avtoş”luq edən sürücü vəsiqəsiz qaldı + həbs olundu FOTO
04 Sentyabr 2025 14:38
Samuxda narkotik çəkib avtoxuliqanlıq edən sürücü vəsiqəsiz qaldı + 15 gün həbs VİDEO
15 Avqust 2025 10:35
Narkotik çəkib maşın sürən 14 sürücü həbs
21 Yanvar 2025 09:59
Baxış sayı:66
Bu xəbər 17 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















