Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Kral İspaniya Futbol Federasiyası (RFEF) İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AS qəzeti federasiya prezidenti Rafael Luzana istinadla məlumat yayıb.
Mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilə qədər qüvvədə idi.
Qeyd edək ki, 65 yaşlı De la Fuente 2022-ci ildən bəri İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Dünya Kubokunu, Avropa Çempionatını və Millətlər Liqasını qazanıb. Əvvəllər o, müxtəlif yaş qruplarından ibarət İspaniya milli komandaları ilə işləyib. 2015-ci ildə o, komandaya 19 yaşadək futbolçular arasında Avropa çempionatında qələbə qazandırıb və dörd il sonra 21 yaşadək futbolçulardan ibarət komanda ilə eyni uğura imza atıb.
De la Fuentenin rəhbərliyi altında İspaniya komandası Tokio Olimpiadasında gümüş medal qazanıb.