İspaniya De la Fuente ilə müqaviləni uzatdı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Kral İspaniya Futbol Federasiyası (RFEF) İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AS qəzeti federasiya prezidenti Rafael Luzana istinadla məlumat yayıb.
Mütəxəssisin əvvəlki müqaviləsi 2028-ci ilə qədər qüvvədə idi.
Qeyd edək ki, 65 yaşlı De la Fuente 2022-ci ildən bəri İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda Dünya Kubokunu, Avropa Çempionatını və Millətlər Liqasını qazanıb. Əvvəllər o, müxtəlif yaş qruplarından ibarət İspaniya milli komandaları ilə işləyib. 2015-ci ildə o, komandaya 19 yaşadək futbolçular arasında Avropa çempionatında qələbə qazandırıb və dörd il sonra 21 yaşadək futbolçulardan ibarət komanda ilə eyni uğura imza atıb.
De la Fuentenin rəhbərliyi altında İspaniya komandası Tokio Olimpiadasında gümüş medal qazanıb.
Bu mövzuda digər xəbərlər:İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır
23 İyul 2026 20:17
İspaniya de la Fuente ilə davam etmək istəyir Müqavilə uzadılır
22 İyul 2026 13:44
Luis de la Fuente 2030 cu ildə də İspaniya məşqçisi olacaq?
20 İyul 2026 11:03
De la Fuente ən yaxşı seçildi
23 Dekabr 2024 19:52
De la Fuente: “Hər şeyi qazandıq”
20 İyul 2026 09:36
Baxış sayı:75
Bu xəbər 16 Sentyabr 2026 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















