İspaniya milisi zədə səbəbindən əsas müdafiəçilərindən birini itirdi

20.09.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Tottenhem"in müdafiəçisi Pedro Porro zədə səbəbindən İspaniya millisinin qarşıdakı Millətlər Liqası oyunları üçün heyətindən çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Futbolçu dünən "Aston Villa"ya qarşı keçirilən matçının 19-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Porronun nə vaxt sağalacağı hələlik məlum deyil.

27 yaşlı müdafiəçi İspaniya millisinin DÇ-2026-da uğur qazanmasında əsas pay sahiblərinin biri olub. O, altı matçda iştirak edib və iki qol vurub.

Qeyd edək ki, Luis de la Fuentenin komandası Millətlər Liqasında mübarizəyə sentyabrın 26-da İngiltərəyə qarşı səfər oyunu ilə başlayır. İspanlar sentyabrın 29-da Xorvatiyanı və oktyabrın 3-də Çexiyanı qəbul edəcək. Oktyabrın 6-da Xorvatiya ilə  səfərdə qarşılaşacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью