İspaniya milisi zədə səbəbindən əsas müdafiəçilərindən birini itirdi
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Tottenhem"in müdafiəçisi Pedro Porro zədə səbəbindən İspaniya millisinin qarşıdakı Millətlər Liqası oyunları üçün heyətindən çıxarılıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Futbolçu dünən "Aston Villa"ya qarşı keçirilən matçının 19-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. Porronun nə vaxt sağalacağı hələlik məlum deyil.
27 yaşlı müdafiəçi İspaniya millisinin DÇ-2026-da uğur qazanmasında əsas pay sahiblərinin biri olub. O, altı matçda iştirak edib və iki qol vurub.
Qeyd edək ki, Luis de la Fuentenin komandası Millətlər Liqasında mübarizəyə sentyabrın 26-da İngiltərəyə qarşı səfər oyunu ilə başlayır. İspanlar sentyabrın 29-da Xorvatiyanı və oktyabrın 3-də Çexiyanı qəbul edəcək. Oktyabrın 6-da Xorvatiya ilə səfərdə qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 20 Sentyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















