Icma.az bildirir, Fanat portalına istinadən.
DÇ-2026-da 1/4 final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.
Son Avropa çempionu İspaniya Los Anceles stadionunda Belçika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingilis hakim Maykl Oliver idarə edəcək. Var hakimləri isə Carred Cillett və İvan Bebekdir.
Maykl Oliver ilk dəfə dünya çempionatında İspaniya - Belçika qarşılaşmasını idarə edəcək.
Komandalar sonuncu dəfə 2016-cı ildə qarşılaşıblar. Həmin görüşdə İspanlar daha üstün olaraq, David Silvanın atdığı qollarla 2:0 qalib gəliblər.
Yığmalar 1920-ci ildən bu günə kimi 23 dəfə qarşılaşıblar. Bu görüşlərin 12-də İspaniya qalib ayrılıb. Belçika isə yalnız 6 matçda uğurlu nəticə göstərib. 5 matçda isə bərabərliyə razı olublar.
Sonuncu dəfə 2009 dünya çempionatında qarşılaşan millilər yenidən meydandadırlar. Həmin matçda Del Boskenin başçılıq etdiyi ispanlar 5:0-lıq darmadağın hesabla qalib gəlmişdilər.
Tərəflər arasında ən böyük hesablı qalibiyyət məhz 5:0-la nəticələnib. Bu nəticə 2 dəfə qeydə alınıb. Hər ikisində ispanlar Belçika millisini məğlub etməyi bacarıblar. Komandalar arasında ən minimal hesablı qələbə isə Belçika yığmasına məxsusdur. Söhbət hazırlıq matçında qeydə alınan 1:0 hesablı qələbədən gedir. Ən son 2016-cı ilin hazırlıq matçında qələbə qazanan İspaniya yenidən hədəfini qalibiyyət olaraq seçib. Tarix boyunca ən böyük uğuru 2018-ci ildə Rusiyada keçirilən mundilada olub. Həmin il Belçika yığması 3-cü yeri tutaraq bürünc medal qazanmışdır. Və bu uğuru bir pillə belə olsun artırmaq istəyən Rudi Qarsiyanın yetirmələri qələbə qazanmaq istəyir. İspaniyanın isə son uöuru 2024 Avropa Çempionatı birinciliyidir.
Son statistik məlumatlarda ispanlar nə qədər öndə olsalar da, Belçika millisi də çox güclü görünür. Son matçda ABŞ üzərində 4-1 hesabı ilə qalib gəlmiş və bir növ güc nümayiş etdirmişlər. İspanlar isə Roberto Martinesin başçılıq etdiyi Portuqaliya üzərində Merinonun vurduğu bir qol ilə qələbə qazanıblar. Hər iki komandanın güclü hücum xətti mövcuddur. Müdafiə üzrə De la Fuentenin yetirmələri daha üstün görünürlər. Lakin Belçikanın orta xəttində güclü adlar var. De Bröyne və Yuri Tilemans bu çempionatda aktiv şəkildə iştirak etməyi bacarıblar. İspaniya millisində Pedri, Rodri ikilisi gözəl oyun nümayiş etdirirlər.
Komandaların ortalama yaş həddində də fərqlər var. İspaniyada orta yaş həddi 26, Belçika da isə 29-dur.
Qeyd edək ki, İspaniya millisi son 5 oyunda yalnız birində bərabərliyə razı olub. Belçikalılar da isə 5 oyunda 3 qələbə 2 heç-heçə özünü göstərir.
Əlisahib İbrahimli