Icma.az
close
up
RU
İspaniya statistikada öndədir Belçika sürpriz edə biləcək?

İspaniya statistikada öndədir Belçika sürpriz edə biləcək?

Icma.az bildirir, Fanat portalına istinadən.

DÇ-2026-da 1/4 final mərhələsi davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 1/4 final mərhələsinin daha bir oyunu keçiriləcək.

Son Avropa çempionu İspaniya  Los Anceles stadionunda Belçika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingilis hakim Maykl Oliver idarə edəcək. Var hakimləri isə Carred Cillett və İvan Bebekdir.
Maykl Oliver ilk dəfə dünya çempionatında İspaniya - Belçika qarşılaşmasını idarə edəcək.

Komandalar sonuncu dəfə 2016-cı ildə qarşılaşıblar. Həmin görüşdə İspanlar daha üstün olaraq, David Silvanın atdığı qollarla 2:0 qalib gəliblər.

Yığmalar 1920-ci ildən bu günə kimi 23 dəfə qarşılaşıblar. Bu görüşlərin 12-də İspaniya qalib ayrılıb. Belçika isə yalnız 6 matçda uğurlu nəticə göstərib. 5 matçda isə bərabərliyə razı olublar.

Sonuncu dəfə 2009 dünya çempionatında qarşılaşan millilər yenidən meydandadırlar. Həmin matçda  Del Boskenin başçılıq etdiyi ispanlar 5:0-lıq darmadağın hesabla qalib gəlmişdilər.

Tərəflər arasında ən böyük hesablı qalibiyyət məhz 5:0-la nəticələnib. Bu nəticə 2 dəfə qeydə alınıb. Hər ikisində ispanlar Belçika millisini məğlub etməyi bacarıblar. Komandalar arasında ən minimal hesablı qələbə isə Belçika yığmasına məxsusdur. Söhbət hazırlıq matçında qeydə alınan 1:0 hesablı qələbədən gedir. Ən son 2016-cı ilin hazırlıq matçında qələbə qazanan İspaniya yenidən hədəfini qalibiyyət olaraq seçib. Tarix boyunca ən böyük uğuru 2018-ci ildə Rusiyada keçirilən mundilada olub. Həmin il Belçika yığması 3-cü yeri tutaraq bürünc medal qazanmışdır. Və bu uğuru bir pillə belə olsun artırmaq istəyən Rudi Qarsiyanın yetirmələri qələbə qazanmaq istəyir. İspaniyanın isə son uöuru 2024 Avropa Çempionatı birinciliyidir.

Son statistik məlumatlarda ispanlar nə qədər öndə olsalar da, Belçika millisi də çox güclü görünür. Son matçda ABŞ üzərində 4-1 hesabı ilə qalib gəlmiş və bir növ güc nümayiş etdirmişlər. İspanlar isə Roberto Martinesin başçılıq etdiyi Portuqaliya üzərində Merinonun vurduğu bir qol ilə qələbə qazanıblar. Hər iki komandanın güclü hücum xətti mövcuddur. Müdafiə üzrə De la Fuentenin yetirmələri daha üstün görünürlər. Lakin Belçikanın orta xəttində güclü adlar var. De Bröyne və  Yuri Tilemans bu çempionatda aktiv şəkildə iştirak etməyi bacarıblar. İspaniya millisində Pedri, Rodri ikilisi gözəl oyun nümayiş etdirirlər. 

Komandaların ortalama yaş həddində də fərqlər var. İspaniyada orta yaş həddi 26, Belçika da isə 29-dur.

Qeyd edək ki, İspaniya millisi son 5 oyunda yalnız birində bərabərliyə razı olub. Belçikalılar da isə 5 oyunda 3 qələbə 2 heç-heçə özünü göstərir.


Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://fanat.az
archiveBu xəbər 10 İyul 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri