İspaniyada ümumi tətil səbəbindən 200 dən çox aviareys ləğv edilib

11.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

İspaniyada davam edən ümumi tətil səbəbindən ölkənin hava limanlarında 200-dən çox aviareys ləğv edilib.

AZƏRTAC xəbər verir ki, Krallığın hava limanı operatoru “Aena” şirkətinin məlumatına görə, “həm uçuş, həm də gəliş üçün 202 aviareys ləğv edilib”.

İspaniyada 24 saatlıq ümumi tətil noyabrın 11-də başlayıb. Tətil bu ilin oktyabr ayında ölkə daxilində mənzil böhranı ilə bağlı müxtəlif etirazlar fonunda elan edilib. Tələblər arasında əlverişli mənzil və layiqli əməkhaqqı da var.

Həmkarlar ittifaqlarının məlumatına görə, polis bəzi hallarda mitinqlər zamanı etirazçılara qarşı güc tətbiq edib. “El Pais” qəzeti yazır ki, təxminən 10 nəfər saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью