İspaniyada ümumi tətil səbəbindən 200 dən çox aviareys ləğv edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
İspaniyada davam edən ümumi tətil səbəbindən ölkənin hava limanlarında 200-dən çox aviareys ləğv edilib.
AZƏRTAC xəbər verir ki, Krallığın hava limanı operatoru “Aena” şirkətinin məlumatına görə, “həm uçuş, həm də gəliş üçün 202 aviareys ləğv edilib”.
İspaniyada 24 saatlıq ümumi tətil noyabrın 11-də başlayıb. Tətil bu ilin oktyabr ayında ölkə daxilində mənzil böhranı ilə bağlı müxtəlif etirazlar fonunda elan edilib. Tələblər arasında əlverişli mənzil və layiqli əməkhaqqı da var.
Həmkarlar ittifaqlarının məlumatına görə, polis bəzi hallarda mitinqlər zamanı etirazçılara qarşı güc tətbiq edib. “El Pais” qəzeti yazır ki, təxminən 10 nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:İspaniyada 24 saatlıq ümumi tətil keçiriləcək
11 Noyabr 2026 03:46
İstilər İspaniyada 200 dən çox insanın həyatına son qoydu Turistlərə xəbərdarlıq
26 İyun 2026 19:24
Hindistanda 200 aviareys ləğv olundu
07 May 2025 13:18
Honkonqda tayfun səbəbindən 130 dan çox daxili aviareys ləğv edilib
12 İyul 2026 14:51
İspaniyada isti hava səbəbindən 100 nəfərdən çox şəxs öldü
03 İyun 2026 22:33
Baxış sayı:64
Bu xəbər 11 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















