İspaniyadan mundial rekordu 6 oyundur qol buraxmır

07.07.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra İspaniyanın dünya çempionatlarındakı quru oyunlar seriyası 6 matça çatıb. Mundial tarixində daha əvvəl heç bir komanda ardıcıl 6 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib.

İspanların dünya çempionatlarındakı “quru” seriyası müddət olaraq 10 saatı keçib.

Qeyd edək ki, İspaniya millisinin qapıçısı Unai Simon da şəxsi rekordunu yeniləyib. “Atletik”in qolkiperi dünya çempionatlarında 609 dəqiqədir qol buraxmır. O, sonuncu dəfə DÇ-2022-nin qrup mərhələsinin III turunda Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qapısında qol görüb.

DÇ-26: Belçika 1/4 finalda! - YENİLƏNİB DÇ-26: İspaniya 1/4 finalda! - YENİLƏNİB Qərar qüvvədə qaldı: Baloqun oynayacaq “Zirə”nin rəqibi yeni futbolçu transfer etdi Velko Simiç: “Sabah gücümüzü meydanda nümayiş etdirəcəyik”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью