İspaniyadan mundial rekordu 6 oyundur qol buraxmır
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra İspaniyanın dünya çempionatlarındakı quru oyunlar seriyası 6 matça çatıb. Mundial tarixində daha əvvəl heç bir komanda ardıcıl 6 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyib.
İspanların dünya çempionatlarındakı “quru” seriyası müddət olaraq 10 saatı keçib.
Qeyd edək ki, İspaniya millisinin qapıçısı Unai Simon da şəxsi rekordunu yeniləyib. “Atletik”in qolkiperi dünya çempionatlarında 609 dəqiqədir qol buraxmır. O, sonuncu dəfə DÇ-2022-nin qrup mərhələsinin III turunda Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qapısında qol görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 İyul 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















