İsrail mətbuatı AzərbaycanABŞ münasibətlərindən yazdı KONKRET | Icma.az
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail mətbuatında Azərbaycan-Amerika münasibətlərinin möhkəmlənməsində İsrailin roluna dair məqalə dərc olunub.
Həmin yazını KONKRET.az oxucularının diqqətinə çatdırırıq: “Amerika yəhudiləri ABŞ-nin yeni administrasiyası ilə Azərbaycan arasında körpü rolunu oynamağa hazır olduqlarını nümayiş etdirirlər.
Dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçin və komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetski Bakıda səfərdə olublar.
Onları yəhudi dövlətinə mehriban münasibəti ilə tanınan Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
Bu görüşdən iki gün əvvəl Prezident Əliyevin köməkçisi Hikmət Hacıyevin Qüdsdə İsrail lideri İsaak Hersoq və digər rəsmi şəxslərlə danışıqlar aparması da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə işarədir.
ABŞ-dəki aparıcı yəhudi təşkilatı ilə Cənubi Qafqaz ölkəsi arasında münasibətlər həmişə müsbət olsa da, AIPAC-ın bu səviyyəli nümayəndə heyəti Bakıya səfər etməyib.
Trampın andiçmə mərasimi ərəfəsində Amerikada israilyönlü lobbi ilə Azərbaycan arasında əlaqələrin güclənməsi çox güman ki, Vaşinqtonla Bakı arasında münasibətlərin yaxşılaşacağına işarədir.
Tam oxu
Xəbəri oxu