Icma.az
close
up
RU
İsrail mətbuatı AzərbaycanABŞ münasibətlərindən yazdı KONKRET

İsrail mətbuatı AzərbaycanABŞ münasibətlərindən yazdı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail mətbuatında Azərbaycan-Amerika münasibətlərinin möhkəmlənməsində İsrailin roluna dair məqalə dərc olunub.

Həmin yazını KONKRET.az oxucularının diqqətinə çatdırırıq:

“Amerika yəhudiləri ABŞ-nin  yeni administrasiyası ilə Azərbaycan arasında körpü rolunu oynamağa hazır olduqlarını nümayiş etdirirlər. Dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçin və komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetski Bakıda səfərdə olublar. Onları yəhudi dövlətinə mehriban münasibəti ilə tanınan Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Bu görüşdən iki gün əvvəl Prezident Əliyevin köməkçisi Hikmət Hacıyevin Qüdsdə İsrail lideri İsaak Hersoq və digər rəsmi şəxslərlə danışıqlar aparması da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə işarədir. ABŞ-dəki aparıcı yəhudi təşkilatı ilə Cənubi Qafqaz ölkəsi arasında münasibətlər həmişə müsbət olsa da, AIPAC-ın bu səviyyəli nümayəndə heyəti Bakıya səfər etməyib. Trampın andiçmə mərasimi ərəfəsində Amerikada israilyönlü lobbi ilə Azərbaycan arasında əlaqələrin güclənməsi çox güman ki, Vaşinqtonla Bakı arasında münasibətlərin yaxşılaşacağına işarədir. Aydındır ki, İsrail məsələsi yeni administrasiyanın xarici siyasətinin mərkəzində qalacaq. İsrailin təhlükəsizliyinin ABŞ-nin əsas fiqurları üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, yəhudi dövlətinin iqtisadi təhlükəsizliyinin əsas təminatçısı kimi Azərbaycanın rolu getdikcə artır. Tehranın ciddi təzyiqlərinə baxmayaraq, Bakı İsrailin enerji tələbatının təxminən yarısını təmin etməkdə davam edir və hətta son bir ildə tədarükünü artırıb. Qeyd edək ki, Bayden administrasiyasının Bakıya qarşı düşmən mövqeyinə Fransa və ABŞ-dəki  erməni lobbisi əhəmiyyətli dərəcədə təsir edib. O cümlədən, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi, Ermənistan tərəfindən 30 ildir işğal olunmuş Qarabağdakı vəziyyətlə bağlı idi. 2020 və 2023-cü illərdə baş verən iki silahlı münaqişə zamanı Bakı işğal altındakı ərazilərini  geri qaytardı. Ekspertlərin fikrincə, bu qələbələrdə İsrail hərbi texnologiyasının da rolu olub. İsrailin Azərbaycana dəstəyi Ermənistanda və erməni diasporunda antisemitizmin artmasına əhəmiyyətli töhfə verib. Bu, həm də İrəvanla Tehranın yaxınlaşmasına səbəb olub. Qeyd etmək lazımdır ki, Vaşinqtonla Bakı arasında münasibətlərin yaxşılaşdırılması təkcə yəhudi lobbisindən asılı olmayacaq.”

 “Türkiyə mənbələrinin məlumatına görə, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailə səfərindən sonra Suriyadakı vəziyyəti müzakirə etmək üçün Türkiyəyə gedib. Azərbaycan rəhbərliyi keçmişdə Ankara ilə Təl-Əviv arasında gərginliyi uğurla azaldıb və bunun indi də baş verəcəyinə böyük ümid edirik”.- deyə  Yaxın Şərq Həqiqəti Fondunun (EMET) qanunvericilik işləri üzrə direktoru Cozef Epşteyn “i24News”-a müsahibəsində  bildirib.

Vəli Həsənov,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri