İsrail Qəzzada humanitar təşkilatın binasını vurdu İki nəfər öldü

28.11.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində “Sərhədsiz Həkimlər” (MSF) beynəlxalq humanitar təşkilatının iki əməkdaşı həlak olub.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, zərbə təşkilatın klinikasına endirilib.
MSF İsrailin sözügedən ərazidə tibb müəssisəsinin yerləşdiyini bildiyini bəyan edib. Qeyd olunub ki, İsrail tərəfi buna baxmayaraq müəssisəni hədəf alıb.
İsrail ordusu isə həlak olan şəxslərin HƏMAS-ın hərbi qanadının üzvləri olduğunu və klinikadan mühafizə məntəqəsi kimi istifadə etdiklərini iddia edib.
MSF-in məlumatına görə, ölənlər klinikanın təhlükəsizlik əməkdaşları olub. Təşkilat hadisəyə görə ciddi narazılıq edib və Qəzzada həlak olan əməkdaşlarının sayının 17-yə çatdığını açıqlayıb.
Qeyd olunub ki, klinikalar təşkilatın loqosu ilə aydın şəkildə işarələnib, onların yerləşdiyi koordinatlar İsrail hərbçilərinə ötürülüb və məlum olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью