İsrail Qəzzada humanitar təşkilatın binasını vurdu İki nəfər öldü
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində “Sərhədsiz Həkimlər” (MSF) beynəlxalq humanitar təşkilatının iki əməkdaşı həlak olub.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, zərbə təşkilatın klinikasına endirilib.
MSF İsrailin sözügedən ərazidə tibb müəssisəsinin yerləşdiyini bildiyini bəyan edib. Qeyd olunub ki, İsrail tərəfi buna baxmayaraq müəssisəni hədəf alıb.
İsrail ordusu isə həlak olan şəxslərin HƏMAS-ın hərbi qanadının üzvləri olduğunu və klinikadan mühafizə məntəqəsi kimi istifadə etdiklərini iddia edib.
MSF-in məlumatına görə, ölənlər klinikanın təhlükəsizlik əməkdaşları olub. Təşkilat hadisəyə görə ciddi narazılıq edib və Qəzzada həlak olan əməkdaşlarının sayının 17-yə çatdığını açıqlayıb.
Qeyd olunub ki, klinikalar təşkilatın loqosu ilə aydın şəkildə işarələnib, onların yerləşdiyi koordinatlar İsrail hərbçilərinə ötürülüb və məlum olub.
Bu mövzuda digər xəbərlər:İsrail Qəzzada məktəbi vurdu 8 nəfər öldü
22 Dekabr 2024 11:36
İsrail Qəzzada iki yaşayış binasını hədəf aldı
11 Dekabr 2024 10:42
İsrail Qəzzada iki rayona zərbə endirdi: 45 nəfər öldü
05 Dekabr 2024 01:36
İsrail Qəzzada HƏMAS ın kəşfiyyat binasını vurdu
06 Sentyabr 2025 15:31
İsrail Qəzzada xəstəxananı bombaladı: 11 nəfər öldü
29 Oktyabr 2025 06:51
Baxış sayı:48
Bu xəbər 28 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















