Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusuna məxsus döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşqi bombalayıb.
Ordu açıqlamasında hücumun Baş Qərargahın girişinə yönəldiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada deyilir: “İsrail ordusu yaxın günlərdə Suriyanın Dəməşq bölgəsində rejimə aid Baş Qərargahın girişinə hücum təşkil edib.
İsrail Müdafiə Qüvvələri Cənub Suriyada Dürzilərə qarşı baş verən hadisələri izləməyə davam edir və siyasi rəhbərliyin göstərişi ilə bölgəyə hücum edir, müxtəlif ssenarilərə hazır vəziyyətdədir”.
Qeyd edək ki, Suriyanın Süveyda vilayətində 13 iyulda Bədəvi ərəb tayfaları ilə Dürzi silahlı qrupları arasında qarşılıqlı girov götürmə fonunda toqquşmalar başlayıb.
Dəməşq rəhbərliyi qarşıdurmaları dayandırmaq üçün Müdafiə və Daxili İşlər nazirliklərinə tabe olan təhlükəsizlik qüvvələrini bölgəyə göndərib.
15 iyul səhəri Süveydaya daxil olan təhlükəsizlik qüvvələri ilə yerli qruplar arasında da şiddətli toqquşmalar yaşanıb.