Icma.az
close
up
RU
İsrail qırıcıları paytaxtı bombaladı

İsrail qırıcıları paytaxtı bombaladı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusuna məxsus döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşqi bombalayıb. 

Ordu açıqlamasında hücumun Baş Qərargahın girişinə yönəldiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada deyilir: 

“İsrail ordusu yaxın günlərdə Suriyanın Dəməşq bölgəsində rejimə aid Baş Qərargahın girişinə hücum təşkil edib. İsrail Müdafiə Qüvvələri Cənub Suriyada Dürzilərə qarşı baş verən hadisələri izləməyə davam edir və siyasi rəhbərliyin göstərişi ilə bölgəyə hücum edir, müxtəlif ssenarilərə hazır vəziyyətdədir”.

Qeyd edək ki, Suriyanın Süveyda vilayətində 13 iyulda Bədəvi ərəb tayfaları ilə Dürzi silahlı qrupları arasında qarşılıqlı girov götürmə fonunda toqquşmalar başlayıb. Dəməşq rəhbərliyi qarşıdurmaları dayandırmaq üçün Müdafiə və Daxili İşlər nazirliklərinə tabe olan təhlükəsizlik qüvvələrini bölgəyə göndərib. 

15 iyul səhəri Süveydaya daxil olan təhlükəsizlik qüvvələri ilə yerli qruplar arasında da şiddətli toqquşmalar yaşanıb. Müdafiə naziri Murhaf Əbu Kasra Süveydada atəşkəs elan edib, lakin qeyri-qanuni qruplardan hər hansı bir hücum və ya atəş açılması halında qarşılıq veriləcəyini bildirib. 

Dürzilərin ruhani liderlərindən Hikmət əl-Hicri əvvəlcə hökumət qüvvələrinin şəhərə girişinə razılıq versə də, bir neçə saat sonra bu mövqeyindən geri çəkilərək süveydalıları hökumət qüvvələrinə qarşı durmağa çağırıb. İsrail isə Dürziləri qorumaq üçün  Suriyada Süveyda ətrafında dünəndən bəri hava hücumları həyata keçirir. 

İsrailin müdafiə naziri İsrael Kats dünən verdiyi açıqlamada Suriya hökumətinə Dürziləri rahat buraxmaq barədə xəbərdarlıq etdiklərini, İsrail ordusunun isə Suriya hökumət qüvvələri geri çəkilənə qədər hücumlara davam edəcəyini bildirib. 

İsraildəki Dürzi icmasının lideri Şeyx Muvafak Tarif də dünən verdiyi açıqlamada baş verənləri “Dürzi cəmiyyəti üçün mövcudluq mübarizəsi” kimi qiymətləndirib. Suriya İnsan Haqları Müşahidə Mərkəzinin açıqlamasına görə, qarşıdurmalarda ölənlərin sayı 248-ə çatıb. Dürzi qruplardan 21-i mülki olmaqla 92 nəfər, Bədəvi qruplardan 18 nəfər, təhlükəsizlik qüvvələrindən isə 138 nəfərin həyatını itirdiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri