“İsrail və ABŞ Yaxın Şərqin xəritəsini yenidən çəkmək niyyətindədir“ “Cumhuriyet“ | Icma.a…
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "İraqdan sonra Suriyada rəsmi kürd muxtariyyətinin yaradılması ABŞ və İsrailin 40 i
Bu dəyişikliklər isə Türkiyənin maraqlarına uyğun deyil. Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" nəşri yazıb.
Müəllifin qeyd etdiyinə görə, Ankara üçün ən arzuolunmaz ssenari ərazi bütövlüyünü qoruyub saxlayan, lakin siyasi birliyi olmayan federativ Suriyanın yaranmasıdır.
İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri ərəfəsində hava limanında çıxış edərək deyib: "İnanıram ki, prezident Trampla sıx əməkdaşlıq edərək xəritəni daha da yaxşı şəkildə yenidən çəkə biləcəyik".
Şübhəsiz ki, Netanyahunu bu sözləri deməyə vadar edən amil birbaşa ABŞ-ın yeni prezidentinin bəyan etdiyi məqsəd- fələstinliləri Qəzzadan çıxarmaqdır.
Mən artıq yanvarın 27-də "Trampın Qəzza planı" başlıqlı köşə yazımda bu məsələyə toxunmuşdum.
ABŞ prezidenti Misir və İordaniyanı Qəzza bölgəsindən fələstinli əhalini qəbul etməyə məcbur etmək və yeni xəritəni İsrail-Kipr xətti üzrə qurmaq istəyir.
İsrailin "yeni qonşu" strategiyası Amma məsələ bununla məhdudlaşmır. Yeni Amerika-İsrail Yaxın Şərq xəritəsinə Suriya da daxildir.
Tam oxu
Xəbəri oxu