Icma.az
close
up
RU
“İsrail və ABŞ Yaxın Şərqin xəritəsini yenidən çəkmək niyyətindədir“ “Cumhuriyet“

“İsrail və ABŞ Yaxın Şərqin xəritəsini yenidən çəkmək niyyətindədir“ “Cumhuriyet“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İraqdan sonra Suriyada rəsmi kürd muxtariyyətinin yaradılması ABŞ və İsrailin 40 illik məqsədidir..."

ABŞ və İsrail "Yaxın Şərqin xəritəsini yenidən çəkmək" niyyətindədir.

Bu dəyişikliklər isə Türkiyənin maraqlarına uyğun deyil.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" nəşri yazıb.

Müəllifin qeyd etdiyinə görə, Ankara üçün ən arzuolunmaz ssenari ərazi bütövlüyünü qoruyub saxlayan, lakin siyasi birliyi olmayan federativ Suriyanın yaranmasıdır.

İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfəri ərəfəsində hava limanında çıxış edərək deyib: "İnanıram ki, prezident Trampla sıx əməkdaşlıq edərək xəritəni daha da yaxşı şəkildə yenidən çəkə biləcəyik".

Şübhəsiz ki, Netanyahunu bu sözləri deməyə vadar edən amil birbaşa ABŞ-ın yeni prezidentinin bəyan etdiyi məqsəd- fələstinliləri Qəzzadan çıxarmaqdır. Mən artıq yanvarın 27-də "Trampın Qəzza planı" başlıqlı köşə yazımda bu məsələyə toxunmuşdum. ABŞ prezidenti Misir və İordaniyanı Qəzza bölgəsindən fələstinli əhalini qəbul etməyə məcbur etmək və yeni xəritəni İsrail-Kipr xətti üzrə qurmaq istəyir.

İsrailin "yeni qonşu" strategiyası

Amma məsələ bununla məhdudlaşmır. Yeni Amerika-İsrail Yaxın Şərq xəritəsinə Suriya da daxildir. Mən ilk gündən bunu israrla vurğulayıram: Ankaradakı qələbə ab-havası xülyadır. Çünki Bəşər Əsədin başçılıq etdiyi BƏƏS rejimi Suriyanın birliyinin qarantı olub.

Halbuki Hayat Təhrir əş-Şam (HTŞ) ilə birlikdə əsas hədəf ərazi bütövlüyü saxlanılsa da, siyasi birliyi olmayan federativ Suriyadır. Bu isə Türkiyənin maraqlarına ziddir. Suriyadakı əsl qalib isə İsraildir. Təl-Əviv ABŞ-la birlikdə federativ Suriya yaratmaq və druzlar ilə kürdlərə muxtariyyət vermək üçün əməkdaşlıq edir.

Netanyahunun "yeni xəritə" bəyanatı da məhz Suriyanın bölünməsi ilə bağlıdır. İsrail artıq birbaşa Suriya Ərəb Respublikası ilə deyil, Livan və Suriyadakı druzlarla qonşu olmaq istəyir.

PYD/YPG-dən dəstək

Təəssüf ki, Ankara "yeni xəritə" prosesindən faydalanmağı düşünür. Türkiyə rəhbərliyi ilk növbədə Suriyanın şimal-qərbində, İdlib mərkəzli "nüfuz zonası"na nəzarət edə biləcəyinə inanır. Həmçinin, uyğun şərait yarandıqda, Suriyanın kürd regionu üzərində himayədarlıq iddiasında olmaq niyyətindədir. (Xüsusilə Türkiyə XİN rəhbəri Hakan Fidan başda olmaqla son vaxtlar tez-tez "himayəçi", "zamin" sözlərini işlətməsinə diqqət yetirin).

Türkiyədə Ədalət və İnkişaf Partiyası (ƏİP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) yeni kürd təşəbbüsü, Türkiyənin kürdlər hesabına genişlənməsi məqsədi, Ahmet Türkün (Kürd siyasi lider, Türkiyənin Xalq Bərabərlik və Demokratiya Partiyasının üzvü-red.) "İraq və Suriya kürdləri Osmanlı dövründə olduğu kimi türklərlə birlikdə yaşamaq istəyir" sözləri, PKK-nın qurucusu Abdullah Öcalanla aparılan danışıqlar və bu müzakirələrin xarici müstəvidə davamı…

Ankaranın müttəfiqi Məsud Bərzani (İraq Kürdüstan Regional Rəhbərliyinin keçmiş başçısı-red.) Türkiyənin hədəfində olan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Mazlum Abdi ilə görüşür və kürdlərin birliyi mövzusunda müzakirələr aparır.

Öz növbəsində Mazlum Abdi Öcalanın nə zaman və hansı bəyanatı verəcəyini bildirir və ƏİP-MHP-nin kürd təşəbbüsünü dəstəkləyir. Həmçinin, "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində belə deyir: "Bu proses müsbət nəticələr verəcək. Onlar PKK ilə razılığa gələcək", - və Ankaranın yeni təşəbbüsünü dəstəklədiyini açıq şəkildə ifadə edir.

Kürd təşəbbüsünün hədəfi

Göründüyü kimi, Türkiyə İsrailə qarşı apardığı təbliğat fonunda əslində Təl-Əvivin Suriyada istədiyi nəticəyə nail olmasına şərait yaradıb: HTŞ-nin qarşısını açıb və Əsəd administrasiyasının devrilməsinə kömək edib. Bunun nəticəsində İsrail Suriyanın cənubunu işğal edə bilib.

İndi Ankara Suriyanın şimalı ilə bağlı planlar qurur və bunu da İsrailə qarşı atılan addım kimi təqdim edir. Lakin təəssüf ki, bu planlar da İsrailin maraqlarına xidmət edir.

İraqdan sonra Suriyada rəsmi kürd muxtariyyətinin yaradılması ABŞ və İsrailin 40 illik məqsədidir. Əvvəlcə Türkiyəni PKK ilə mübarizə vasitəsilə İraqın şimalındakı strukturu qəbul etməyə məcbur etdilər, indi isə PKK-nın silahı yerə qoyması və adının dəyişdirilməsi yolu ilə Türkiyəni Suriyanın şimalındakı quruluşu qəbul etməyə vadar etməyə çalışırlar.

Bu təşəbbüsün xarici məqsədi Ankaranı Demokratik Birlik Partiyasının (PYD) nəzarət etdiyi bölgəni qəbul etməyə razı salmaqdır. PKK-nın adının dəyişdirilməsi və silahı yerə qoyması məsələsi isə bu təşəbbüsü Türkiyə daxilində irəli aparmaq üçün əsas zəmin yaradır.

Müəllif: Mehmet Ali Güller

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri